Dəniz olmaq istəyirəm
Şəhriyar Cavadov tərəfindən "İnşa" bolməsinə 21:49 15 fevral 2015 tarixində əlavə olunmuşdur

 Dəniz olmaq istəyirəm. Ucsuz bucaqsız gözün görə bilmədiyi yerlərə gedib çıxmaq istəyirəm . O yerlərə ki, heç alimlər də arxeoloqlar da cürət edib gedə bilməsin. Dəniz olmaq istəyirəm sirrli sehirli . Heç kimin illərdir məndə axtarib amma yenə də cavab tapa bilmədiyi suallara cavab olmaq istəyirəm . Amma susmağımla . Dəniz olmaq istəyirəm . Səhərimi zəngli saatla Facebook Notification-ları ilə yox Günəşin çıxmasını seyr edərək oyanmaq istəyirəm.Dəniz olmaq istəyirəm . axşamlar 19 dyümlük LED monitoru deyil Günəşin batması ve Ayın çıxması kimi sözlə ifadə olunmayacaq tandemin canlı şahidi olmaq istəyirəm .O tandem ki, hansı ki, neçe-neçe Love Story-lərə tamaşa edib. Dəniz olmaq istəyirəm . Sevgilərin ən ideal ünvanı olmaq istəyirəm .Qəlbləri saf hisslərlə çırpınan minlərcə milyonlarca cütlüklərə sığınacaq,ziyarətgah olmaq istəyirəm .Sakit dalğalarımla onları bu dünyadan,məişət problemlərindən,iş stresindən  ayırıb öz kiçik amma dəyərli aləmlərinə aparmaq istəyirəm . Sakit küləyimlə sığallamaq istəyirəm onları . Özlərinin yerinə...
    Dəniz olmaq istəyirəm Yüzlərcə batan amma yeri məlum olmayan gəmilərə xəzinələrə sahib olmaq istəyirəm .Yurd yuva olmaq istəyirəm balıqlara su heyvanlarına Amma "xırda balıqlar böyük balıqların yemidir" prinsipinin əksinə gedərək.mehriban bir toplumun məskəni olmaq istəyirəm. 
     Dəniz olmaq istəyirəm. Neçə neçə sevgi  mahnilarının şeyirlərinin mövzusu olmaq istəyirəm. Romantika deyilərkən ilk ağıla gələn mən olmaq istəyirəm.   İnsanlara "TİTANİK" filminin qəhrəmanlarının jack və Rose yox mən olduğunu sübut etmək istəyirəm. Dəniz olmaq istəyirəm haqsızlıqdan,dost zərbəsindən,sevgi acısından qaçıb sahilə gələn oturub saatlarla mənə baxan tənha insanlara dost yoldaş olmaq istəyirəm.Dərdlərinə şərik çıxmaq istəyirəm. Bacardığım qədər...
     Dəniz olmaq istəyirəm. Komplekssiz asıliliq altında olmayan ərköyün dəcəl .Hərdən şahidi olduğum haqsızlıqlara yalanlara iyrəcliklərə qarşı çıxmaq istəyirəm.Üsyan etmək istəyirəm . Fırtına qoparmaq istəyirəm .Qəlbində Allah qorxusu qalmamış insanların qəlbinə vahimə salmaq istəyirəm . Qorxutmaq istəyirəm . Minlərlə yalan minlərlə oyun hesabına varlanmışların var-dövlətini yuyub aparmaq istəyirəm. Zövqlə onların üzündəki ifadəni seyr etmək istəyirəm. Saatlarca ...
     ...Və yenə də sakitləşib qalib qismində geri çəkilmək istəyirəm . Yavaş yavaş sakitləşmək istəyirəm . Sevib sevilənləri qoynuma alıb yenidən sakit yaşamağa davam etmək istəyirəm . :) 
      Çox şey istəmirəm ki...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0219 saniye