Şəfəq sürücünün yol haqqını ödəyib taksidən endi. Payızın uğultulu küləyi uzun, sarı saçlarını dağıdırdı.
Həyətə nəzər saldı. Bir qəhvəyi pişikdən savayı heç bir ins-cins görünmürdü.
Əlvan yarpaqların yaratdığı xəzəl mənzərəsi başqa gözəllik idi.
Əllərini palto cibinə salıb xameleon gözlərini qaldıraraq eyvana kilidləndi.
Pilləkanları dırmaşıb sağdakı qapının önündə dayandı. Dərindən nəfəs alıb gözlərini yumdu. Qurumuş dodaqlarını dilinin ucu ilə islatdı.
Açarı çıxardıb qıfıla saldı. Qapını açıb içəriyə daxil oldu.
Əlini divara sürtərək ağır-ağır addımlarla irəlilədi. Kandarda ayaq saxlayıb zala nəzər saldı.
Paltonu divana buraxıb açıq eyvana çıxdı. Qollarını sinəsində çarpazladı.
Qazı yandırıb iri çaydanı üstünə qoydu. Masa arxasına keçid edərək mətbəxi seyr etdi.
Çaya baxaraq əli ilə çənəsinə dayaq verdi. Fincan dolu idi.
Zəngin çalınmasına bir az təəccüblənib dəhlizə doğru yol aldı. Gözlükdən baxdı. Saçlarına düşən ağartılar bu adamı gənc göstərirdi. Kimliyini soruşdu.
Hər ikisi zaldakı stol arxasında əyləşərək bir-birlərinə baxırdılar.
Şəfəq bu adamın gedişini eyvandan izləyib əlindəki dəniz ulduzunu bərk-bərk sıxdı.
Babasını xatırladı. Gözləri qapandığında isti göz yaşları yanaqlarında çığır salmağa başladı.
Yeganə övladı olan oğlunu və gəlinini faciəvi avtobus qəzasından itirən babası onu himayəsi altına aldı. Sevimli arvadını 5 il əvvəl xərçəngdən itirən Azər baba 7 yaşlı Şəfəqi hamıdan qoruyurdu. Şəfəqə əsl dəniz ulduzuna oxşar oyuncaq almışdı. Şəfəqin ən çox sevdiyi oyuncaq idi. Gəlinciklərlə arası olmazdı, amma dəniz ulduzu. Onu hər yerə özü ilə aparırdı. Azər baba bundan xoşhal olub bir dənəsini bağrına basırdı.
Şəfəq ali təhsilini İstanbulda bitirib diplomu əlinə alarkən babasının ölüm xəbərinə dünyası qaraldı.
Gecəni yata bilmədi.
Günorta evdən çıxarkən qarşısını dünənki adam kəsdi. Azər babanın yetirməsi jurnalist Azad. Hər ikisi bir-birlərinin gözlərinə baxıb susqunluqlarını qoruyurdular.