Dənizdən hekayələr - 2
Лала Агаева tərəfindən "Esse" bolməsinə 18:50 19 mart 2016 tarixində əlavə olunmuşdur

  Hələ ki, dəniz sakit-sakit çalxalanırdı. Hələ ki,ona dəyib-dolaşan yox idi. Yəqin ki,bu qarlı havada onu məndən başqa yadına salan yox idi. Tək-tənha qalmışdı. Yetimxanada yeməyin verilməsini gözləyirdim. Əslində yemək mənim üçün o qədər önəmli deyildi. Amma axırıncı dəfə yetimxanadan qaçanda 2 gün bütün yetimxananı təmizləməli olmuşdum. Bu da forma yetimxana cəza tədbiri idi. Yeməyimi tələsikyedim,paltomu geyindim və çıxdım. Sahilə çatan kimi oradakı tək skamyanın boş olacağını düşünürdüm. Amma tək deyilmiş. Bir oğlan var idi. Bu oğlanı tanımasan elə bilərsən ki,xoşbəxtdir. Amma belə deyildi. Qəlbi qırılmışdı onun dostlarına görə. Bunu mənə o demədi. Ona qulaq asarkən eşitdim. Adı Fariz idi. O da mənim kimi yetimxanada yaşayırdı. Onsuz da yetimxanada yaşayanların əvvəldən bəxtləri gətirmir. Farizin yaşadığı yerdə elə bir əhatə dairəsi də yox idi. Onun heç dostu da yox idi. Sən demə o da tez-tez bura gəlirdi. Mənə çox maraqlıdı axı necə olub bu günə qədər onunla burada qarşılaşmamışam. Maraqlı məsələ idi. Onun məktəbdəki sinif yoldaşlarının hamısı varlı,özündən razı,başqasını düşünməyən adamlar idi. Heç kimi düşünməyən bu adamlar başqalarının dərdi ola biləcəyini düşünmürdü. Sanki bütün dərdlər onların başına gəlib. 
  Farizin qəlbi qırılmışdı. Sinif yoldaşlarının hamısı özündən razı idi. Qrup işində də özündən razı şagirdərin arasına düşmüşdü. və qrupda o çox təhqir edilirdi. Buna görə də o qrupdan ayrılıb tək başına iş gördü,tək başına olmasına rəğmən digər qrupların hamısından yaxşı alınmışdı. Amma qrupdakılar sanki onu alçaltmaqdan həzz alırdı.
  Fariz də mənim kimi dərdini həmişə dənizə deyirdi. Yarım saata yaxın idi ki,səssiz oturmuşduq.Nə o dinirdi,nə də mən dinimrdim. Sanki dəniz məni də, onu da ayrı dünyaya aparmışdı. Bu yalan danışan dillərdən, düzü əyri görən  gözlərdən uzaq bir dünya idi. Ora heç kim gələ bilməzdi. Yaxşı ki də gəə bilməzdi. Çünki bura mənim yalnız qala biləcəyim tək dünya idi. Yalan dünyadan uzaq bir yer idi. Dəniz dalğalanırdı. Heç kim dəyib dolaşmırdı. Bizim kimi o da sakit idi. Axı nə deyəcəkdi?! Axı onu kim dinləyəcəkdi?! Heç kim! Dəniz adam olsaydı, onu sımsıx qucaqlamaq istəyərdim. Çünki insanı sakitləşdirən nəyisə,kimisə qucaqlamaqdır. Dənizi sevirəm. Fariz də sevir. Yəqin ki, onunla mənim ortaq cəhətim bu idi. Səssiz-səssiz dənizə qulaq asıb qoxusunu içinə çəkmək. Buna görə sevirəm mavi dənizi. Bəzən məni kimi səssiz qalıb,bəzən də coşub daşdığına görə.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

Лала Агаева
Haqqında
Агаева Лала
Əlaqə
E-mail:
baku.azerbaijan1@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0318 saniye