Yelken ol, kürek ol
Dümen ol
Balık ol, su ol
Git, gide bildiyin yere... (Nazım Hikmetdən etkilənərək)
Bir adam
dalğaların qayaya vuran yerində
İçi ümidsizliklərlə qaplanmış
Diləklərini ürəyinin ən dərininə gömmüş
Canı acıyan bir adam düşünür:
... - Buludlara uzatsam əlimi,
çatarmı bəyazlığını hiss etməyə
Suya toxunsam,
qulağımda çınlayarmı şırıltısı
Ya da gəmiyə minsəm,
gedə bilərəmmi arzuların limanına
Yosun olsam,
yapışsam heç qopmadan dilək qayasına
Gəmi olsam,
dərdləşə bilsəm, ən uzaq dənizlərin suları ilə
Ya da balıqmı olsam,
getsəm, ta uzaqlara gedə bildiyim qədər...
Balıq oldum, ey dəniz, al məni də qoynuna
Sənə gəldim,
yaşat məni ıssız sularında...
Aysel Abdullazadə