Depressiya və suisid / Cek Londonun '' Martin İden'' əsərinin təhlili
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 18:21 15 mart 2015 tarixində əlavə olunmuşdur

Depressiya - bu suisidin mütləq sələfidirmi və ya birbaşa suisidə səbəb olarmı?

Əlbəttə ki, yox.
İki yol ayrıcında depressiya durursa, ayrılan yolun birinin suisidə aparma ehtimalı nə qədər yüksək olsa belə, nəzərə almaq lazımdır ki , əvvəlki aktiv həyata dönüş kimi ikinci yol da mövcüddür. Bəs o zaman digər ürəkaçmayan statik göstəricilər siyahısına artmaqla olan intihar cəhdlərinin qoşulmasının, hər il dünyada 1 000 000 insanın suisidə cəhd etməsinin səbəbi nədir ? Psixoloji problemlər, anlaşılmazlıqlar, sosial vəziyyət, uğursuzluqlar ? Ya bəlkə gənc yaşda qazanılmış baş gicəlləndirən böyük zəfər ? Formalaşmış dominant «İntihar edənlər zəif, iradəsiz insanlardır.» fikri bütün hallardamı keçərlidir ?
Cek Londonun eyni adlı əsərinin baş qəhrəmanı Martin İden obrazını nəzərdən keçirək.
Martini iradəsiz adlandırmaq olardımı ? O Martini ki qısa bir müddətdə çalışqanlığı, əzmi, istedadı sayəsində cəmiyyətin aşağı təbəqəsindən yüksək burjuaların səviyyəsinə qalxmağı bacarır. 21 yaşlı, savadsız matrosdan dövrünün ən məşhur yazıçısına çevrilir. Lakin bütün bunlar keçmiş cənnnətini birdəfəlik itirmiş, yeni dünyasında isə cənnəti tapa bilməyən Martinin içindəki yaranmış nəhəng boşluğu doldura bilmir. Yüksək məntiq və dərin düşüncəsi Martin ilə dənizçi dostları arasında “uçurum” yaradır. Çevrəsindəkilərin ona olan hörməti isə yalnız bank hesabındakı məbləğ artdıqca artır. Cəmiyyətin yüksək təbəqəsi öz timsalında hər parıldayanın qızıl olmaması həqiqətini Martinin gözləri önünə sərir. Daha çox xəyallarında ideallaşdırdığı , obrazını sevdiyi Ruf isə savadına rəğmən müdrikcəsinə düşünüb Martinin yazıçı ruhunun özülündə duran yüksək idrakı anlaya bilmir.
Martin düşünür ki, əslində «qara camaat» onun əsərləri ilə nə ifadə etmək istədiyi anlamır, sadəcə qısa bir müddətdə yazdığı çoxsaylı əsərlər onların diqqətini çəkməyi bacarıb. O, özü də bir vaxtlar Kiplinqin yaşadığı acı taleyə məhkumdur. Bütün bunlar Martinin bu vaxta qədər həyatının hərəkətverici qüvvələrinin sadəcə boş xülya olduğunu düşünməsinə, özünə inamının itməsinə səbəb olur. Baş verən bu psixoloji böhran dövründə məyusluq fırtınasına qərq olmuş Martin həyatın sıxıcı olduğu qənaətinə gəlir. O, məqsədini itirmişdi. » Həyata can atmayan insan ölüm yolları axtarır». Suinbernin şeirlərini oxuduqdan sonra o, çıxış yolunu intiharda görür. » «Həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır.»
İntihara cəhdin son anında bəşəriyyətlə bir doğulmuş özünümüdafiə instinkti zəfər çalır, yaşamaq eşqi Martinin də ruhun hakim kəsilir. O, iradəsindən asılı olmayaraq xilas olmağa can atır, lakin bunu istehza ilə qəbul edərək , «Bəli, mənim iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmək üçün kifayət qədər möhkəm iradəm var.» deyə düşünür və özünü iradəsinin ağlasığmaz gücü bahasına daha dərinə dalmağa məcbur edir. » O, həyat eşqini aldatmışdı.»
Yox. Martin iradəsiz deyildi. Freyd deyirdi ki, » İnstinkt məğlubedilməzdir.» , lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi belə ram etməyi bacarmışdı. Hərçənd bir şəxs kimi Martinin davranışını təqdirəlayiq hesab etmək düzgün olmazdı. İradəsini özünü məhv etməyə yox , yaşamaq uğrunda mübarizəyə həsr etmək idi, ən gözəl çıxış yolu . Martin ən asan yolu seçdi.

Bəzən mübarizə sadəcə zamana zaman verməkdir ki, həyat yenidən öz axarı və əlvanlığı ilə davam etsin.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0283 saniye