Depressiya
Sevər Bayram tərəfindən "Esse" bolməsinə 01:49 01 aprel 2015 tarixində əlavə olunmuşdur

Depressiya.. Bu sözün mənası barədə bir az araşdırdım. Latın sözü olub, mənası isə hər kəsə bəlli olan ruh düşkünlüyü, əhval pozuntusudur. Mənə görə iki növ depressiv insan tipi var - depressiyada olduğunu qəbul edən və bunu qəbul etməyən. Birinci tip insanlar depressiyada olduğunu qəbul edir, ətrafındakılardan diqqət gözləyir və müəyyən qədər yaranmış depressiv ortamdan qurtulmağa çalışır. Lakin uğurlu nəticələr həmişə olmur. Bu gedişatın sonu bəzən intihara cəhdlə nəticələnir. İkinci tip insanlar isə yəni, depressiyada olduğunu qəbul etməyənlərin işi bir az qəlizdir. Əvvəl düşündüm ki, belə olmaq qənaətbəxşdir. Ancaq əksinə, insan depressiyadadır və bunu qəbul etmir dolayısıyla bu hala qarşı heç bir addım atmır. Nəticədə vəziyyət daha da gərginləşir. Bu cür insanlar ya ətrafındakılara ciddi zərər verir, ya da özünə psixoloji əziyyətlər edir. Məsələn çox aqressiv olur və bunun səbəbinin depressiya olduğunu deyənlərə sərt cavab verərək hər kəsi özündən uzaqlaşdırır sonra da tək qaldığı üçün intihar və ya digər zərər verici hallar haqda düşünür.

İnsanların depressiya haqda nə düşündükləri mənə maraqlı olduğu üçün kiçik bir sorğu keçirdim. 73'dən çox insanın fikrini öyrəndim və əksəriyyəti təqribi 90%'i eyni cavabı verdi. Yəni depressiya onlar üçün sadəcə ruh düşkünlüyü demək idi. Sorğuda əsasən qadınlar fəal iştirak etdi. Belə nəticəyə geldim ki, kişilər depressiya haqda düşünməməklə depressiv hallardan qorunduqlarını zənn edirlər. Lakin bu səhv yanaşmadı. Amma danılmaz bir fakt da var ki, qadınlar depressiya haqda, depressiv hallar haqda düşünürək elə depressiyaya düşürlər.

Bəzi insanlar gülümsəyərək bu vəziyyətdən qurtula biləcəyini düşünür. Müəyyən qədər doğru yanaşmadır amma hər gülümsəyən insan bunu qəlbən etmədiyi üçün özündə heç bir irəliləyiş görmür.

Depressiya.. Bəzi insanlar bunu keçilməz bir hasar kimi anlayır. Amma çıxış yolu çoxdur. Ən əsası özünə inam olmalıdır. Sağlam düşünə bilmək bacarığı olmalıdır ki, hadisələri düzgün analiz edib, lazım olan nəticəni də əldə edə bilsinlər. Belə olan zaman depressiv hallar daha az olur. Məncə depressiya özü 10 sözdən ibarət olan bir cümlədir. O cümləni bilən və cümlədən nəticə çıxarmağı bacaran nə depressiv hallar yaşayar, nə də ki, qarşısındakını depressiyaya sala biləcək bir addım atar. Son olaraq o cümlə..
Doğru Edənə Pis Rəftar Edərkən Sözlər, Səslər İnsanı Yalnızlığa Aparar..


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Sevər Bayram
Haqqında
Amatuer writer
Əlaqə
E-mail:
severbayram001@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.033 saniye