1. Valideynlə müalicə. Depressiyanın ən yaxşı müalicə yoludur. Sağlam ailə rabitələri bu xəstəliyi tez bir zamanda üzə çıxarar və onu müalicə etməyə şərait yaradar. Valideyn öz uşağına kömək etməlidir ki, qürurunu bərpa edə bilsin. Onun bütün müvəffəqiyyətlərini təşviq etməlidir. İşlərinə yersiz qarışmamalıdır. Gərək valideynlər icazə versinlər ki, yeniyetmələr inkişaf yolunda möhkəm addımlar atsınlar və onları başqa məsuliyyətlərlə yükləməsinlər. Onlarla söhbət etməyə dəyər verməli və onlarla söhbət etməyi gündəlik proqrama salmalıdır. Mövzu seçimində genişfikirli olmalıdır. Bu yolla yeniyetmənin ruhu və psixoloji çətinliklərinin çoxunu müalicə etmək olar. Əgər depressiyaya düşübsə, onun səbəblərini axtarılmalıdır. Psixoloqa getməmişdən qabaq bu problemləri valideynlər aradan qaldırmağa çalışmalıdırlar.
2. Müşavirə müalicəsi. Yeniyetmənin rahatlıqla dərdini söyləyə biləcəyi müəllim və ya canyandıran insan ona nəsihət verə bilər və onunla məsləhətləşərək, bu porblemi aradan qaldıra bilər.
3. Ailə müalicəsi. Ailə bir neçə insanların yaşadığı bir mühitdir. İnsan da daima cəmiyyətə meyl etdiyindən, ailə üzvləri tərəfindən diqqət mərkəzində olması onun bir çox problemlərini həll etməyə kömək edəcəkdir. Hər bir ailə üzvü depressiyaya düşmüş bu yeniyetməyə bacardığı qədər yardımı etsə, onun psixologiyasına müsbət təsir edər və onu depressiyadan uzaqlaşdıra bilər.
4. Psixoloji müalicə. Elə bir müalicədir ki, psixoterapevtlər tərəfindən yeniyetməyə yardım edilir. Yeniyetmə bu cür həkimlərlə söhbət edərək, dərdlərini üzbəüz onlara söyləyir.
5. Tibbi müalicə. Bu müalicə yuxarıda deyilən müalicə növlərindən az təsirlidir. Ancaq bəzən bu növ müalicə də işə yarayır. Əgər psixoloqla söhbət bu xəstəliyə yardım etmirsə, dərmanla müalicə edilir.
6. İdman müalicəsi. Əgər uşaq və ya yeniyetmə davamlı olaraq, idman edərsə, bədənini formada saxlayarsa, daha az qəmgin olmuş olar. Psixoloqlar depressiyaya düşmüş iki qrupu bir-biri ilə müqayisə etmişdir. Birinci qrupda olan ağır idman növü ilə, ikinci qupda olanlar isə yüngül idman növü ilə məşğul olurdular. Birinci qrupun stressi ikinci qrupdan az müşahidə edilmişdir. Birinci qrupda olanlar bədənə daxil olan stress hormonlarının sayını azaldır, ancaq ikinci qrupda stress qəbulu azad buraxılır. Nəticədə birinci halda qəlb sağlam olur və stressə qarşı müqavimət daha çox olur. Ona görə də açıq havada idman etmək bu cür xəstəliklərə çox kömək edir.
Başqa hansı üsullar çarə ola bilər?
Psixoterapiya: Psixoterapevtlə görüşmələrin edildiyi bir neçə müalicə üsulunun təsirli olduğu müşahidə edilmişdir. Bu müalicələr dərman preparatları ilə birlikdə tətbiq edilə bilər.
Dərman müalicəsi: Antidepressant dərmanlar, ümumiyyətlə, xəstələrin üçdə ikisindən çoxunda təsirli olmaqdadır. İndiki vaxtda həkimlər bir neçə tip antidepressant arasında seçki edə bilməkdədirlər.
Elektrokonvulsiv müalicə: (EKT) Xüsusilə digər müalicələrə cavab verməyən, daha ağır depressiyası olan xəstələrə tətbiq olunur.