Dərd dərd gətirər,san,yar,
Dərddən alışıb yan,yar.
Min Məcnuni-divanə,
Olsun qəmə qurban,yar.
Çək naleyi-əfğanı,
Olsun o da dərman,yar.
Yansın oda pərvanə,
Sıxsın şəmi hicran,yar.
Min qəm atını,Mövlud,
Çıxsın yola karvan,yar.
30.11.2014 / Zərdabi
Mövlud Ağamməd