Dərd gedəndi,yer boş qalmaz....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:16 15 fevral 2015 tarixində əlavə olunmuşdur

Gəraylı
Dərd gedəndi,yer boş qalmaz,
Axar sular heç bulanmaz.
Su tökməklə quyu dolmaz,
Dərd üstünə dərd ələndi.
***
Hər bir dərdin var dərmanı,
Ona əlac bil davanı.
Unutmayın o fərmanı,
Ömür bitdi, vaxt gələndi.
***
Əcəl gəlib yetişibdir,
Başağrısı bəhanədir.
Soruşmayın siz,bu,nədir
Ümidlərim səpələndi.
***
Ömür-gözün yumanacan,
Səbir kama çatanacan.
Duan qəbul olanacan
Ah,göz yaşı səninlədi.
***
Ariflərə bir işarə,
Demə bir də,ya dübarə.
Mövlud,yoxdur dərdə çarə
Ahın daşları dələndi.
25.06.2013.Zərdabi.(Mövlud Ağamməd)

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0367 saniye