Dərd istəsən aşiqinə.... Müəllif: Movlud Aqammed | "
Dərd istəsən aşiqinə,
Dərman üçün loğmana yaz.
Gül istəsən gülüstana,
Reyhan üçün bağbana yaz.
***
Gah ağladır,gah güldürür,
Gah dirildir,gah öldürür.
Gah barışır,gah da küsür,
Peyman üçün Leylana yaz.
***
Sən mənim gül üzlü yarım,
Əhdə sadiq vəfadarım.
Qəmin kəm,a qəmküsarım,
Karvan üçün sarvana yaz.
***
Bir mələkdi,göydən enib,
Dindirməmiş özü dinib.
Göz yaşları selə dönüb,
Giryan üçün ümmana yaz.
****
Mövlud bilir zamanında,
Onu dərdə salanı da.
Bir gecəlik yar yanında
Qalman üçün mehmana yaz.
29.07.2014.Zərdabi,Mövlud Ağamməd.