Dərd şələsi
Fərrux Rəhimli tərəfindən "Şeir" bolməsinə 14:40 30 iyul 2015 tarixində əlavə olunmuşdur

Nə susa bilirəm, nə də ağlaya,
Nə adın gəlməyir dilimə mənim.
Nə əlim yetməyir yaran bağlayam.
Nə də əl vermirsən əlimə mənim.

Nə həsrət yenidir, nə dərd yenidir,
Nə mən birinciyəm nə sən sonuncu.
Nə namərd yenidir, nə mərd yenidir
Nə də saçlarımda bu dən sonuncu.

Nə gülüş köhnəlməz nə də göz yaşı.
Dərdi verən Allah dərman da verər.
Dərdini şələlə qəlbinə daşı...
Buğdanı yaradan xırman da verər.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0286 saniye