Dərd üstünə....
Könül,çəkmə dərdi,qəmi,
Bilmək olmaz dərd üstü nə.
Ha qovsan da qaçan deyil,
Sən dərd üstə,dərd üstünə.
***
Məcnun sadiq əhli-haldı,
Kim nə bildi,nə əhvaldı.
Səhralarda məskən saldı,
Dərd istədi dərd üstünə.
***
Sənan ömrün verdi yelə,
Vəslə yetər neçə ilə.
Əsli-Kərəm düşdü dilə,
Saz kökləndi dərd üstünə.
***
Zara gəldim,dərd,əlindən,
Bezdi Mövlud dərdlərindən.
Füzuli də dərd əlindən
Dağa çıxdı---dərd üstünə.
8.10.2014.Zərdabi.Mövlud Ağamməd.