Dərddən alışıb dərdə salanlar bu cahnda...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:18 21 aprel 2015 tarixində əlavə olunmuşdur

Min Məcnuni-divanə ola dərdimə dərman,
Min Qarə Keşiş versə mənim qətlimə fərman.
Min Şeyxi-Sənan gər verə öz canını qurban,
Yetməz vüsala aşiq olanlar bu cahanda,
Dərddən alışıb dərdə salanlar bu cahanda.

Verməz sənə öz razi-dilin,faş edəcəksən,
İrməz yenə ümmanə,gözün yaş edəcəksən.
Dinməz,deyə bilməz,ürəyin daş edəcəksən,
Keşmiş olacaq fitnə,yalanlar bu cahanda,
Dərddən alışıb dərdə salanlar bu cahanda.

Yanmış oda pərvanə ki,sevmiş şəm"i qəlbdən,
Şəmtək əriyən çünki mənəm atəşi-təbdən.
Dözmək qəmə adətdi,gülüm,çün bu səbəbdən,
Çatmış kama aşiqi-nalanlar bu cahanda,
Dərddən alışıb dərdə salanlar bu cahanda.

Ver könlünü, Mövlud, hüsnü mahparəni dindir,
Döz nazına hər dəm ki, o dildarın, sənindir.
Bülbül gülə aşiq, gül isə ol çəmənindir,
Dalsın yenə xəyala dalanlar bu cahanda,
Dərddən alışıb dərdə salanlar bu cahanda.

15.11.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0402 saniye