Dərdə düşdümsə əgər,dərdimə dərman kim olar...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:06 12 aprel 2015 tarixində əlavə olunmuşdur

Dərdə düşdümsə əgər,dərdimə dərman kim olar?
Mən qəmin möhtacıyam,halıma yanan kim olar?
***
Dərd üçün dağlara çıxsam,dərdlərim dərd olacaq,
Çarə qılmaq müşkülə çevrilsə,loğman kim olar?
***
Dərd, əlimdən zar qılıb naleyi-əfqan etsə gər,
Çəkməsəm aşiq çəkəntək dərdi,peyman kim olar?
***
Qalmayıb halım ki,məndən gen gəzir səbri-qərar,
Günbəgün artır qəmim,məntək pərişan kim olar?
***
Vermərəm dərdim biçarə Qeysə kim çarəsidir,
Mövludam,qəm dərmanım, qəmdən keçən yan kim olar?

2.11.2014. Zərdabi. Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0326 saniye