CIĞALI TƏCNİS
Günlərini elə yaşa.elə qur,
Aşiq olub düşmə qəmə,dərdə sən.
Aşıq deyər,dərdə sən,
Düşdün ağır dərdə sən.
Bir gecə ol mehmanım,
Çox dayanma dərdə sən.
Bağban olub gözəl güllər içində,
Gül bağından bənövşələr dər də sən.
****
Çox gözlədim,bar yetişdi ayaza,
Çətin çıxaq bu xəzandan a yaza.
Aşıq deyər,ayaza,
Bar yetişdi ayaza.
Xəzan oldu,qar yağdı,
Çətin çıxaq a yaza.
Qismətini fələk indi a yaza,
Boynun büküb gözlləməgil dərdə sən
****
Mövlud,sənin bəxtin niyə qaradı?
Tərsinəmi yazdı fələk,qaradı? 1
Aşıq deyər qaradı,
Sənsiz günüm qaradı.
Heç üzümə gülmədi,
Fələk niyə qaradı? 1
Bir gülərüz,laləyanaq aradı,
Həmişəlik tərk et məni,dərd ə,sən!
1.qaradı----qarğıdı
25.06.2014.Zərdabi.Mövlud Ağamməd.