Dərdi çəkən dərdlilər dərdinə dərman dilər,
Göz yaşı giryan olub dəryayi-ümman dilər.
***
Vəslinə yetmək üçün nazını çək dilbərin,
Eşqə düşən səhralar,çöllü-biyaban dilər.
***
Zülfü zərəfşan,yanaq lalə kimin bağrı qan,
Sanki mələkçöhrədir,rövzeyi-rizvan dilər.
***
Şəmi rüxün,mahtəban,aləmi nurlandırır,
Hüsnünə heyran olan baği-gülüstan dilər.
***
Mehr ilə can verdiyim,can veribən sevdiyim,
Mövludu candan sevən sevgili canan dilər.
16.05.2015.Zərdabi.Mövlud Ağamməd.