"DƏRDLİLƏRƏ DE DƏRDİNİ..."
Dərdlilərə de dərdini,
Dərdi dərdindən dərindir...
Nahaq haqqa hədə gəlir,
Haqq nazilir,..
Qədərindir.
Oğrular hey qışqırırlar,
bağırırlar,
Doğrularsa oğrun-oğrun
hey baxırlar.
İnsaf yoxdur zalımlarda,
Hər kəs ölüm,qalımlarda.
Bu, nə zaman,bu,nə dövran,
Allahım,
Yalan ilə dolu hər yan,Allahım.
Satan ucuz,alan baha,
Sözün kəsmə,de bir daha.
Qiymət qalxıb kəllə-çarxa,
Ümid yoxdur yaşamağa.
Xəstələnsən,
yerindəcə can verərsən,
Loğman,təbib çarə qılmaz,
Dərdinə əlac tapılmaz.
Yaxalayar səni ölüm--
Sonrası lap zülüm,zülüm...
Su böyüyə,yol kiçiyə verilir,
Ataların məsəlini
Ad qoyaraq təsəllini--
Günahkarı zəmanədir,
dəyişirlər,
Nə etmirlər,
nələr...nələr...dəyişirlər.
Yoxdu insaf,
yoxdu mürvət,
həm ədalət,
Baş alıb da gedir rüşvət.
Artır zülüm,artır möhnət...
İşğaldadır göz bəbəyim,
Qarabağım ,
Ah,üzünə necə baxım?
Yağmaladı yağım-yağım
yağılar,
Parçaladı dağım-dağım
dığalar.
Nə vaxtacan öz yurdumda qaçqın gəzim,
Hanı Fərid,hanı Çingiz,Mübarizim?...
Vaxt gələcək,
Bu dünyadan köçəcəyik,
Nə apara biləcəyik:
Köynək-kəfən,bez-- almışıq,
Bir də,,,
nə ad qazanmışıq....
20.06.2014.Zərdabi.Mövlud Ağamməd.