Derealizasiya
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:27 26 may 2023 tarixində əlavə olunmuşdur

Bu yadlaşma hissi tanışdır mənə:

varlığın özünü unutma cəhdi...

Ardından qorxular doğulub bir-bir

Özünüdərkimin əzabı başlar

Mənisə hələ ki, keçmiş ləngidir...

 

Yoxluğun fürsətdir çılğınlığıma,

Yaxınlaşır vaxtı dibə vurmağın...

Sənsə daha yoxsan, əgər olsaydın,

çox ağır olmazdı, dəqiq bilirəm,

önünü kəsərdin sən bu axmağın...

 

Bir də bir inanclı çıxıb içimdən,

düşünür ki, rahat yaşar həmişə

bircə bu axmağa gəl başa sal ki,

bir sabah günəş də qərbdən doğacaq

başqası baxacaq onda günəşə...

 

Anlamır, bilirəm, hələ bu sirri:

başqası baxanda sönərmiş günəş...

Gözünü zilləyib bozumtul yola,

xəyalında yenə o ağ xətli göy,

dayanıb gözləyir, indi keçəcək...

 

Bu gün də keçmədin, tükənir ümid,

görən, hansı hissin qulpundan tutum?!

Qələmim yollara dərd döşəməkdə,

günorta çağında qaranlıq çöküb,

sən uzaqlardasan, mən üşüməkdə…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye