Detdom uşağı
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 01:00 26 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bu yaxınlarda marşrutkaların birində gedirdim. Vacib olan bu deyil. Avtobus dayanacaqda durandan sonra konduktorla sürücünün arasındakı söhbətə şahid oldum. Əslində söhbətə şahid olmamaq üçün gərək qulaqcıqlar qulağımda olmalı idi. Amma əfsuslar ki qulaqcılarım üstümdə deyildi. Nəsə qısası. Bu iki şəxs zarafatlaşdırdılar. Amma sürücünün zarafatları heç də ürək açıcı deyildi. Düzü bilmirəm sürücü zarafatklarıyla konduktora söz atmaq istəyirdi. Hər dəqiqə başı sürücü konduktora: "Detdom uşağısanda kimsən ki sən. Nə atan bilinir nə anan". əvvəlcə konduktor bu söhbətə gülümsədi, amma sonra konduktorun üzü döndü. Əhvalı qaralan konduktor sürücüyə niyə belə dediyini soruşdu: "Detdom uşağı olanda nə ola?" Yox amma ki yox sürücü sakit dura bilmirdi. Nəsə sürücünün vaxtı çatdı, avtobus dayanacaqdan uzaqlaşdı.
Mən ilk dəfə deyil ki belə halla qarşılaşıram. İnsanarım belə şit, axmaq zarafat etməklərini anlaya bilmirəm. Sözsüz onlarla zarafat edən kimsəsiz böyümüş şəxslər özləri günahkardır ki bbelə imkan yaradır. Amma hər şeydə olduğu kimi burda da bir əmma var. Zarafat edən və bu zarafatı qəbul etmək məcburiyyətində qalan şəxslər arasında mövqe və səviyyə fərqi var. Sözsüz ki işçisini və ya özündə maddi cəhətdən daha aşağı olan şəxsləri belə məsğərəyə qoymaq, belə şit, kobud, vicdansız zarafatlar edib, onların uşaq evlərində böyüməklərini yada salmaq nə qədər düzgündür? başqa zarafat yoxmuş kimi "Detdom uşağısan, nə atan bilinir nə anan, kimsən ki sən, kim olmusan, heç kimsən" Bu tip sözlər deyib, şəxsiyyətini alçaltmağa çalışan adamlar anlamırlar ki, özləri bu yolla öz şəxsiyyətlərini alçaldırlar. Səviyyə və maddiyyat imkanlarından istifadə edərək, hər addımbaşı kimisə alçaldan və ya buna çalışan adamlar özləri ruhən əlildirlər. İyrənc ürəklərini ictimaiyyətdə nümayiş etdirib, bundan həzz alanlar, siz nə qədər səviyyəsiz və alcaqsınız.
Uşaq evində gözlərini açaraq, böyüyənlərə hər dəqiqə başı uşaq evlərində böyüdüklərini yada salmağa ehtiyac yoxdur. Əmin ola bilərsiz ki, uşaq evində böyümüş, internet həyatın yaşamış şəxslər heş bir halda, heç bir zaman unutmayacaq. Çünki o həyat elə bir həyatdır ki, ömürlük insan taleylərinə və simalarına iz qoyur.
Mənliyimizi itirməyək, çünki mənliyimiz bizi biz edir. 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0284 saniye