Dəvələrin bədəvi ərəblərin həyatında hansı rolu oynadığı haqda çox danışmağa lüzum yoxdur. Bu heyvanlar bədəvilər üçün səhrada əvəzedilməz nəqliyyat vasitəsidir. Həm də onları ət, süd və yunla təmin edir.
Varlı ərəblər öz bahalı dəvələri ilə öyünməyi də çox sevirlər. Tez-tez bahalı dəvə yarışları keçirirlər. Dəvələrini başqa bir sahədə yarışdıranlar da var. Bu, dəvələrin naxışlanmasıdır. Bunun üçün xüsusi bərbərlərin xidmətindən istifadə edirlər. Bərbərlər dəvələrin yunu ilə müxtəlif naxışlar vururlar.