Deyən dünya çaş-baş qalıb....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:08 01 mart 2016 tarixində əlavə olunmuşdur

Deyən dünya çaş-baş qalıb,
Hey aldadır yol keçəni.
Özü boyda yalanı var,
Tanımır heç and içəni.
***
Qış birtəhər,yaz birtəhər,
Dolanırıq az,birtəhər.
Bu günümü yaz birtəhər,
Sabahıma duman-çəni.
***
Niyə qaldın,dağıl,dünya,
Başdan-başa nağıl dünya.
Verən yoxdu ağıl,dünya,
İncik salıb de,kim səni?
***
Bir gün gələn bir gün gedər,
Zülümlərin bəsdi,yetər.
Mövlud oldu gəldi-gedər,
Kəfənini yox biçəni.

3.06.2014.Zərdabi.Mövlud Ağamməd.    


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0378 saniye