Dəyərləndirmə
Shams Mammadbayli tərəfindən "Esse" bolməsinə 12:10 27 iyul 2015 tarixində əlavə olunmuşdur

Portuqaliyalı yazıçı Jose Mauro de Vasconcelos üç cildli kitabında eyni insanın yaşamından yazır: Ze,Zeze,Zeca,Gum. Əsərin qəhrəmanının adı dəyişsə də, kitabların hamısında eyni insanı görürük. “Şeker Portakalı”nda onun uşaqlığından başlayaraq “Güneşi uyandıralım”da yeniyetməlik illərini, “Delifişek”də isə artıq gənclik və artıq yaşlanma dönəmini izləyirik. Beləcə,bu unutulmaz insanın yaşamına girib,onun özünü kəşf etməyini,hər gün başına gələnləri,şəxsiyyətdaxili münaqişələrini görürük. Biz bu kitabları oxuduqca,yazıçını da tanımağa başlayırıq. Çünki yazıçı bu əsərdə öz həyatını,yaşadıqlarını,başına gələnləri yazıb. Baş qəhrəmanımız-Zeze də,onu yaradan yazıçı da yoxsul ailədə doğulub,daha sonra öz doğma valideynlərindən alınıb, başqa-ögey valideynlərlə bərabər,sevgidən yoxsul bir vəziyyətdə böyüyüblər. Hər ikisi də gəzmək,görmədikləri yerləri arzusunda olduqları tibb fakultəsindən çıxıb,təhsillərini yarımçıq qoymuşlar. Jose Mauro de Vasconcelos yazıçılıqdan əvvəl boksçu,rəssam,ofisiant,heykəltaraşlıq və s.kimi müxtəlif işlərdə işləyib. Nəhayət,o,indi bizim tanıdığımız yazıçı Jose Mauro de Vasconcelos olmaq qərarına gəlib.O,yazıçı olduqdan sonra özünü-daxilini kəşf edib. Vasconcelos əsərlərini necə yazdığını belə başa salır:”Kitablarımı bir neçə gün ərzində yazıram. Amma quracağım cümlələrin,yazacağım əsər haqqında fikirlərimi dəqiqləşdirənə qədər fikirləşirəm. Düşüncələrimi heç durmadan yazıram. Yazdıqlarımı bitirdikdən sonra oxuyuram. Yazı yazdığım zaman vaxtın necə gəlib keçdiyini hiss etmirəm. Ancaq barmaqlarımın ağrıdığı zaman nə çox yazdığımı anlayıram. Yazı yazmaq,hekayələr danışmaq,uşaqlığıma dönmək,uşaqların dünyasına getmək özümə verdiyim ən böyük hədiyyədir.” “Delifişek” kitabında yazıçı özünün gənclik illərində yaşadığı olayları Zezenin timsalında yazır. Jose Mauro de Vasconcelos böyük bir ustalıqla yaratdığı qəhrəmanların düşüncələrinin daha dərinliyinə gedir və yazıçı özünü,bütün zəifliyini ortaya qoyur. Həyatdakı uğurlarını göstərib,uğursuzluqlarını qəbul edir. Vasconcelosun başqa əsərlərində də olduğu kimi burada da əsas surət baş qəhrəman sevgini axtarır və xəyallarındakıları yenə xəyallarında reallaşdırır,haqqı,ədaləti axtarır və bunları əzib,keçənlərlə münaqişə etməkdən çəkinmir. Yazıçı əsərlərini duyğusal yazdığına görə onunla oxucu arasında güclü bir əlaqə yaranır. Vasconcelos bu əsərində digərlərinə nisbətən həyatda baş verən-real hadisələrdən yazıb. Beləliklə,bu romanda insanların insanlarla olan münaqişəsindən danışılır-vicdanının yönləndirdiyi insanla içindəki şeytanın yönləndirdiyi insanın münaqişəsindən. Mən bu əsəri oxuduqca oxumaq istəyirdim. Əsərin baş qəhrəmanının düşüncələri,xəyalları ilə öz fikirlərimi müqayisə edirdim. Baş qəhrəmanın bəzi xasiyyətlərini-inadcıl,ədalətli olmağını özümə nümunə göstərirdim. Baş qəhrəmanın haqqı,sevgini,ədaləti axtarmağı xoşuma gəlirdi. Bu isə mənə yazıçını,əsərin baş qahrəmanını çox sevdirirdi. Onun yaşadığı cəmiyyətlə öz cəmiyyətimizi müqayisə edirdim. Amma çox şeyin dəyişmədiyini görürdüm.Mən bu əsərdə sevmək,seçmək,qəbul etmək və ya etməmək,həyatını yaşamaq,başqalarının deyil öz istədiyini qəbul etmək azadlığını,həyatın acı və şirin həqiqətlərini,həll yollarını gördüyüm üçün oxuduqca daha çox sevdim. Hər zaman oxuduqca da sevirəm.

M.Ş.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0286 saniye