Deyirlər,kişi ağlamaz... (20 Yanvar şəhidlərinə)
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:01 29 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Deyirlər,kişi ağlamaz...*
(20 Yanvar şəhidlərinə)

Deyirlər,kişi ağlamaz,
Ancaq hamı ağladı o gün,
Anam ağladı,
bacım ağladı...
Göz yaşları gildir-gildir,
elə bil ki,
seldir...
O vaxt atam da ağladı-
1990-da...
Onda ərşə qalxdı,
sinə dağladı atamın
anamın,bacımın naləsinə
qarışan yanıqlı 
fəryadı...
O ağladı,sızladı,mən düşündüm,
Sakit,təbiətən mülayim 
atam niyə ağlayır?
Üşüdüm...
Mənə elə gəldi ki,o ayazlı,
şaxtalı gecədə
küçədə əliyalın,sinəsini düşmən gülləsinə 
Sipər edən mən idim...
Atam mənə görə ağlayırdı,
Sən demə,
Vətən oğulları üçün
sızlayırdı.
Deyirlər,kişilər ağlamaz,ancaq
ağladı atam o şənbə gecəsinin 
dəhşətinə,vəhşətinə...
İlham üçün özünü qurban 
verən Fərizənin həsrətinə.
Yandı şair təbiətli Ülvinin 
gəncliyinə,nakam ömrünə 
O gecə şəhidlik zirvəsinə ucalan
oğullar üçün ağladı atam...
Deyirlər,kişi ağlamaz,ancaq
atam ağladı,mənə görə yox-
Şəhid olmuş qardaşıma,bacıma...

5.05.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0258 saniye