Digər itkinlər
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 09:03 01 noyabr 2016 tarixində əlavə olunmuşdur

Kanadalı yazıçı Ceyms Bak tərəfindən yazılan və 1990-ci ildə nəşr olunan "Digər itkinlər" adlı sənədli kitabda "Amerikalıların İkinci Dünya Müharibəsinin bitimindən başlayaraq izləyən iki il içində təxminən bir milyon alman əsiri sistemli və əvvəlcədən planlaşdırılmış şəkildə əsir düşərgələrində necə yox etdikləri" izah edilməkdədir.

İşin maraqlı tərəfi (ya da çox da çaşdırıcı olmayan tərəfi) bu gerçək 1990-ci ildən bəri inkar edilməyəcək şəkildə, dəlilləri ilə ortaya çıxarılmışkən sanki üzərinə bir səssizlik örtüsü örtülüb yenidən rəfdəki yerinə qaldırılmışdı. Nə ucunu axtaran var, nə soruşan. Hələ də 1915-ci ildəki erməni iddialarının ən böyük hamisi olan Fransa 1945-ci ildə öz torpaqlarında kişi, qadın və uşaq ən az 300.000 almanı açıqda və ac buraxaraq tel hörgülər içində öldürür.

"1945-ci il aprelinin sonlarında Qərb cəbhəsində silah səslərinin yeri milyonlarla çəkmədən gələn addım səsləri almışdı. Silahlarını təslim etmiş alman əsgərləri taborlar halında Müttəfiqlərin tikanlı məftillərlə çevrilmiş əsir düşərgələrinə doğru yürüməkdə idi. Dağınıq vəziyyətdəki düşmən qrupları son bir neçə atış daha etdikdən sonra çöl sahələrə qaçır, oralarda müttətiklərlə tutulmağı gözləyirdilər.

Qərbdəki kütləvi halında təslim olma hadisələri Şərq cəbhəsindəki vəziyyətdən çox fərqli idi. Artıq Vermaxtın sağ qalmış birlikləri irəliləyən Qırmızı Orduya qarşı hələ savaş verir, yoldaşlarından mümkün olduğu qədər çoxunun ruslardan qaçıb qərblilərə təslim ola bilməsi üçün zaman qazanmağa çalışırdılar.

Alman baş komandirliyinin son strategiyası bu idi. Reyxsmarşal Göring Qərbə təslim olduqdan sonra Adolf Hitler tərəfindən ordu başçısı təyin edilən Dönitsin əmri belə idi.

Almanların dünyagörüşünə görə bu strategiya milyonlarla əsgərini daha insaflı olduğuna inandıqları general  Eyzenhauer əmrindəki qərblilərin əlinə təslim edəcəkdi. Amma Eyzenhauerin yalnız nasist rejiminə deyil, almanlarla əlaqədar hər şeyə qarşı duyduğu ehtiras halındakı nifrət nəzərə alınınca bu inanc ən yaxşı ehtimalla böyük bir qumar sayılırdı. Amerika və Fransa işğal bölgələrindəki 5 milyondan çox alman əsgəri tikanı məftillə çevrilmiş sahələrə soxuldu. Çoxu, sözün tam mənası ilə, çiyin-çiyinə idi. Ayaqlarının altındakı torpaq çox keçmədən pislik və xəstəlik yuvası oldu. Açıq havada, ən sadə səhiyyə ehtiyaclarından belə məhrum, yetərincə bəslənməyən əsirlər qısa zamanda aclıqdan və xəstəlikdən ölməyə başladılar. 1945-ci ildən başlayaraq ABŞ ordusuyla Fransa ordusu təxminən bir milyon insanı heç vecinə almadan yox etdi, bu itkilərin çoxu da Amerika düşərgələrində yer aldı. Şimal-Cənub müharibəsi əsnasında güneylilərin idarə etdiyi Andersonvill əsir düşərgəsi hadisəsindən sonra Amerika əsgəri nəzarəti altında belə bir zülm görülmüş deyildi. Bənzəri yaşanmış bu faciə qırx il ərzində müttəfiq arxivlərində sirr olaraq qaldı.

Bu qorxunc müharibə cinayəti necə ortaya çıxdı? İlk işarələr 1986-ci ildə yazıçı Ceyms Bak ilə köməkçisi tərəfindən gün işığına çıxarıldı. Kanadalı Ceyms Bak 1600 qaçqını nasistlərin əlindən qurtaran Fransa müharibə qəhrəmanı ( Raoul Laporterie)  ilə əlaqədar bir kitab üçün araşdırma edirdi. Bir keçmiş alman əsgəri ilə görüşərkən adamın 1946-ci ildə Raul ilə dostluq qurduğunu öyrəndilər. Hans Görtz adlı bu adamla bir başqa alman əsgərini 1946-ci ildə Fransa əsir düşərgəsindən çıxarmış, öz mağazalarında onlara dərzi olaraq iş vermişdi. Görtz "Raul mənim həyatımı qurtardı, çünki o düşərgədəki əsirlərin 25%-i bir ay içində öldülər." deyirdi. Niyə ölmüşdülər? "Aclıqdan, dizenteriyadan, xəstəliklərdən."

Görtzin qaldığı əsir düşərgəsinin qeydlərini tapa bildiyincə araşdıran Bak 1600 düşərgəlik bir sitəm içində, 3 düşərgəlik alt qrupun parçasıyla qarşılaşdı. Parisdəki Fransa ordu arxivlərində tapılan Qızıl Xaç qeydlərinə görə bu düşərgələrin hamısı bir-birlərindən pis vəziyyətdə idi. Çox keçmədən ABŞ nəzarətində yer alan düşərgələrdə ilk toplu ölümlərin konkret dəlilləriylə qarşılaşdılar. Bu dəlillər hərbi hesabatlarda, bir də qəti məna ifadə etməyən "Digər itkinlər" başlığı altında yer almaqdaydı. Bu sözün qorxunc əhəmiyyəti çox keçmədən Baka polkovnik Filip S. Lauben tərəfindən açıqlandı. Bu polkovnik Müttəfiq Baş Komandirliyində Alman İşləri bölməsinin başı olaraq vəzifəsini yerinə yetirmişdi.

1967-ci ilin yazında cənab Bak ilə Vaşinqtonda görüşdük. Onu izləyən aylar içində milli arxivləri və Leksinqton Virciniya Corc C. Marşal Fondu qeydlərini daradık, ortaya çıxan dəlilləri bir-birinə əlavə etməyə çalışdıq. 1944-ci ildə ABŞ və İngiltərə hökumətlərinin ən yüksək səviyyələrində planlamağa görə Almaniyanın dünya güclərindən biri olmasına son verilməsi üçün bu ölkə bir kənd iqtisadiyyatı səviyyəsinə endiriləcəkdi. Belə bir tutumun milyonlarla vətəndaşın aclıqdan ölməsi mənasına gələcəyi səlahiyyətliləri heç də narahat etməmişdi. Müttəfiq liderlərin bu dağıdıcı planlarını ictimaiyyət təzyiqi üzündən heç bir zaman tətbiqə qoymadıqlarına inanılmış, tarixçilər də bu günə qədər bunu beləcə qəbul etmişdilər.

Halbuki  Eyzenhauerin nifrəti xoş görən bir hərbi bürokratiyanın büllurundan keçərək Amerika hərbi tarixində bənzəri görülməmiş dəhşət hadisələriylə dolu ölüm düşərgələri yaratmışdır. Bu nifrətin yol açdığı faciəvi nəticələr qarşısında Müttəfiq Baş Komandirliyindəki zabitlərin qeydsizliyi və maraqsızlığı ABŞ ordusunun günahkarlığı mövzusunda ən acı işarədir.

1945-ci ildə Amerika əhalisinin böyük əksəriyyəti almanı müharibə sonrasında öldürmək niyyətində deyildi. Ölümlərin sayı 1941-ci ilin iyunu ilə 1945-ci ilin apreli arasında bütün Qərb cəbhəsində almanlarca öldürülən Müttəfiq əsgərlərinin sayından çoxdur. Bu kitabda oxuyacağınız hekayədə tarixi tragediyanın üzərindəki pərdə açılır."

Dr. Ernest F. Fişer Polkovnik

Amerika Birləşmiş Ştatları Ordusu (Təqaüdçü)

Arlinqton, 1988

1980-ci illərdə yazar kitab üçün araşdırmalarına davam edərkən Beynəlxalq Qırmızı Xaç Komitəsi, Amerika və Fransa düşərgələri üzərinə araşdırma edənlərə əllərindəki sənədləri verməyi rədd etmiş, müharibə əsnasında Fransaya Qırmızı Xaç Baş nümayəndəsi olaraq göndərdikləri Pradervanı heç tanımadıqlarını irəli sürmüşdülər. Halbuki nasist ölüm düşərgələri ilə əlaqədar vəsaiti daramaq istəyən araşdırmaçılara icazə vermişdilər. Bunda 1945-ci ildə edilənlərə və sonrasında ört-bas edilməsinə güclü bir şəkildə qarşı dayanmamış olduqları həqiqətini ortaya çıxması qorxusu təsirli olmalıdır. Halbuki əsirlərin necə rəftar görəcəyinə dair imzalanan Cenevrə Konvensiyasına uyulub-uyulmadığına nəzarət edən tək təşkilat Qırmızı Xaçdır. Qırmızı Xaçın güclü iş birliyi olmasa, bu qədər aşkar bir qətliam dünya ictimaiyyətin gözlərindən qaçırılmazdı.

Yenə 1980-ci illərdə İngiltərə Xarici İşləri Nazirliyi kitabın yazıçısı üçün çox əhəmiyyətli olan Fillmora hesabatını -bir ingilis naziri də istədiyi halda- verməyi rədd edir.

Digər tərəfdən o zamanlar Federal Almaniya Baş Naziri olan Villi Brandt isə Amerikanın tətbiq etdiyi bu soyqırımın alman ictimaiyyətə yansımaması üçün senzura tətbiqindəki rolu və Amerika zülmünü inkar edən istiqamətdə nəşr olunan kitablara təmin edilən dövlət dəstəyi təmin etməsi mövzusunda yazarın görüş istəklərini geri çevirir. Yəni bu işin içindəki ya da şahidi olan bütün ölkələrin rəsmiləri bu utancverici keçmişi birlikdə güclü bir susqunluqla inkar etmə yolunu seçmiş vəziyyətdədir.

Kitabın müəllifi Ceyms Bak önsözünü bir hissəsində belə deyir;

"Yayğın bir ört-basdır hərəkəti səbəbiylə, həmçinin bəzi müharibə əsiri sənədlərinin daha təşkil edilərkən aldadıcı olması üzündən bu ölümlərin qəti sayı hər halda hər zaman mübahisəli qalacaq. 1950-ci illərdə bir çox qeydiyyat məhv edilmişdir. Dərinlərdə qalan gerçəklərin üzərinə bir çox yalan layları yığılmışdır.

Lakin ağıllara durğunluq verəcək sayda hər yaşdakı kişinin, həmçinin qadın və uşağın Amerika və Fransa nəzarətindəki müharibə əsirləri düşərgələrində, 1945-ci ilin aprelində etibarən, yəni Avropadakı müharibənin bitimindən dərhal əvvəl başlayan müddət içində, açıq havadan, qeyri-sağlam şərtlərdən, xəstəlikdən və aclıqdan öldüyü aydın olmuşdur. Ölənlərin sayının 800.000-dən çox olduğu qəti, 900.000-dən çox olduğu isə az qala qətidir. Bir milyondan çox olması da ən böyük ehtimaldır. Bu ölümlərə ordu zabitləri əsirləri yaşadacaq ərzaq stokunun əllərində var olduğunu bilə-bilə göz yummuşdular. Yardım quruluşlarının əsirlərə əl uzatmasına Amerika düşərgələrinin məsul zabitləri icazə verməmişdir. O sıra bütün bunlar gizli tutulmuş, Qırmızı Xaç “Le Monde” və “Le Figaro” qəzetləri gerçəyi açıqlamaq istəyincə də onlara yalan deyilmişdir. Qeydlər məhv edilmiş, dəyişdirilmiş ya da gizlənmişdir və eyni tutum hələ sürüb getməkdədir.

Kitab dəlillərə söykənən, Amerika tərəfinin bütün gizləmə səylərinə, arxivlərdə araşdırmaları əngəlləmə və ordu qaynaqlarının yazılı suallara belə cavab verməməsinə baxmayaraq bir çox sənədə və şahidliqlərə ulaşılaraq yazılmış ciddi bir araşdırma məhsuludur.

Amerika prezidenti Ruzvelt müharibədən sonra belə deyirdi;

"Almanlara sərt davranmaq məcburiyyətindəyik. Həm mən yalnız nasistlərin deyil, alman xalqını nəzərdə tuturam. Almanları ya xədim edəcəyik, ya da elə davranacağıq ki, keçmişdəki mövqelərini davam etdirəcək yeni insanlar yetişdirə bilməz olacaqlar. "

Ruzveltin planı alman sənayesini və mədənçiliyini öldürüb "pastoralizə" etmək idi. Bu məqsədlə maliyyə naziri Morgentau vəzifələndirilmişdi. Yəni Almaniyanı bir fermaya çevirməyi planlaşmışdı. Əgər sənaye baza yox edilsə, aclıqdan kütləvi ölümləri qaçınılmaz idi. ABŞ Xarici İşlər Naziri Kordell Halla görə, "Morgentau planı Almaniyada torpaq xaricində hər şeyi silib yox edəcək, almanlar torpaq üzərində yaşamaq məcburiyyətində qalacaqdı. Bu vəziyyətdə alman əhalisinin ancaq 60%-i özünü keçindirə bilərdi, geri qalanı ölmək məcburiyyətində idi." Burada Hall 20 milyon sivil almanın ölümündən söz etməkdədir.

Müttəfiq səlahiyyətlilərin Kanadanın Kvebek şəhərində etdikləri yığıncağa Xarici İşləri Naziri deyil, Xəzinə Naziri göndərildi. İngiltərə Baş Naziri Çörçill bu planın "təbiət xarici, xristianlıq xarici və gərəksiz" olduğunu söyləyirdi. Yığıncağı tərk etdi. Eyni gecə Morgentau Çörçilin məsləhətçisi lord Çeruelli alman sənayesi yox edilsə, ingilis istehsalatçılarına yeni bazarlar açılacağı yemi ilə razı saldı.

İqtisadiyyat baxımından yanaşma Çörçilli razı etməyə kafi oldu. Tərəflər aralarında Almaniyanın sıfırlanması memorandumunu imzaladılar.

Amma parafin edilən ABŞ kabinetində sərt müzakirələrə yol açdı. Yığıncağa getməyən Amerika Xarici İşlər Naziri Hall şiddətlə qarşı qoydu.

Məlumat sızmaları ilə ictimaiyyətin gücü də özünü müəyyən etməyə başladı. “Washngton Post”, “New York Times”, “Pioneer Pres”, “San Francisco Chronicle” kimi qəzetlər təsiredici yazılar nəşr etdilər. İctimaiyyəti plana qarşı duydu.

Nəticədə Ruzvelt çox keçmədən yan çəkməyə başladı. Planla altında özü yoxmuş kimi davranaraq "Henrinin (Xəzinə Naziri) bir çuval ənciri bərbad etdiyini" söyləyərək işin içindən sıyrıldı.

Ruzvelt razılaşmağa parafin atdıqdan çox deyil, 3 həftə sonra, "Bunu necə parafin etmişəm, başa düşmürəm," demişdi.

Digər tərəfdən Çörçill də bu planı öz ictimaiyyətnə qəbul etdirməkdə çətinlik çəkdi. Stalin bu plana dəstək vermişdi. Hətta eyni anda 50 min almanı gülləyə düzmək istədiyindən söz edirdi. Amma çətin müzakirələrdən sonra Çörçill planı öz kabinetinə belə qəbul etdirə bilmədi. İngiltərədə də plana təsdiq mövzusunda ümumi bir istəksizlik və qarşı çıxma vardı.             

Ən sonunda Rusiya, Amerika və İngiltərə 1945-ci ilin fevralında planı təkrar görüşmək üzrə Krımın Yalta şəhərində toplaşdılar. Plan təxirə alındı, Sovetlərə müharibə təzminatı ödənilməsi qərarı alındı. Xarici İşləri Nazirləri yığıncaq sonrasında birlikdə çalışaraq Almaniyanın bölünməsi planını hazırlamağa qərar verdilər.

Müttəfiqlərə təslim alınan alman əsirləri Eyzenhauerin yazılı əmr lazımınca açıqda barındırılacaq, əsirlər öz imkanları ilə barınmalarını təmin edəcəkdilər. Müvəqqəti deyilən düşərgələr məftil  hörgü ilə çevrilmiş açıq sahələrdən meydana gəlməkdə idi. Digər tərəfdən "yerli vəsait istifadə edərək öz barınmalarını təmin edəcək" deyilən əsirlərin bir başqa əmrə görə bu düşərgələrdə daxma belə düzəltmələri qadağan edilmişdi. Əmir bir ordu mühəndisincə yayınlanmışdı və heç qüvvədən qalxmadı. Əsirlər Cenevrə Konvensiyası şərtlərinə zidd şərtlərdə barındırılarak kütlələr halında öldülər. Fransa isə müharibə əsirlərinin iş gücündən yaralanmaq istəyirdi. Bunun üçün böyük bir utanmazlık içində amerikalılarla sayı mövzusunda bazarlıq edirdi. Amerikalılar isə fransızlara onsuz da yarı ölü vəziyyətə gəlmiş əsirləri verir, çoxu daha fransızlara təslim edilə bilmədən qatarlarda ölürdü.

Müharibənin bitdiyi 1945-ci ilin aprel ayından avqust ayına qədər keçən 4 ayda Fransa və Amerika düşərgələrində ölən almanların sayı 1941-ci ilin iyununda 1945-ci ilin aprelinə qədər bütün Qərb cəbhəsində ölən alman sayının 10 qatı idi.

Dünya qida böhranını səbəb olaraq göstərdikləri bir çox açıqlamanın əksinə, Amerika ordusunun əlində  yetərincə qida vardı. Amerika və Kanadada o il buğda məhsulları rekord qırmışdı. Ordu anbarlarında qidaların çoxu çürüdü. Buna qarşılıq müharibədən çox, daha çox ziyanla çıxmış və iqtisadiyyatı daha pis vəziyyətdə olan İngiltərənin əlindəki alman əsirləri kafi bəsləndilər, barındılar və ölmədilər. Sərbəst buraxıldıqdan sonra evlərinə qayıtdılar.

Amerikalılar ayrıca əsirlərə poçt yasağı da gətirmişdi. Almaniyadakı yaxınları əsirlərin Avropada bir yerlərdə, hətta yaxınlarında olduğunu, ağcaqanadlar kimi öldüklərini bilmirdilər. Çoxu da heç öyrənə bilmədi. Çünki ABŞ düşərgələrdə ölən almanları şəxsiyyət təsbiti etmədən çuxurlara gömmüşdü. Almanlar Şərq cəbhəsində, Qərb cəbhəsində müharibə sahələrində öldüklərini düşündükləri yaxınlarının, Fransa və Almaniyadakı ölüm düşərgələrində aclıqdan, xəstəlikdən və dizenteriyadan öldüklərini öyrənə bilmədilər. Sonradan yayılan söz-söhbətlərə də Hitlerin etdiklərindən dolayı psixoloji olaraq günahkar hiss etdikləri üçün inanmaqda çətinlik çəkdilər. Cəzanı haqq etmiş olduqlarına inanmış kimi idilər. Hətta bu tutumu o qədər irəliyə vardırmışlardı ki, amerikalı və fransızların da özləri ilə eyni şeyləri etmiş olmalarından, özlərinin etdiklərinə da həqiqət payı çıxarmağa qədər vardırdılar. "Almanlar öz vətənlərində olan şeylər haqqında (yəni nasist həbs düşərgələrində sivillərə edilənlər haqqında) təşkil edilən konfranslarda qatılmağı rədd etdilər.

"Bu düşərgələr heç bir faydalı dərs öyrətməmişdi, yalnız belə şeylərin işə yaramayacağını öyrətmişdir. Heç kim ədaləti zalımlıqdan öyrənə bilməz. "

İşin tragikomik olan tərəfinə gəlincə müharibənin sonunda sərf etdiyi "Təəssüf ki, daha çoxunu öldürə bilmədik." sözünü müharibədən sonrakı bir neçə il içində bir milyon almanın aclıqdan öldürərək yerinə yetirmiş olan Eyzenhauer  əslən almandır.

1952-ci ildə Respublikaçıların namizədi olaraq prezident seçkilərinə qatılmış və Amerikanın 34-cü prezidenti olaraq seçilmişdir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0254 saniye