Diktatorların həyat fəlsəfəsi
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 12:28 29 iyun 2016 tarixində əlavə olunmuşdur

Bir çoxlarınız Hitlerin nə qəddar qəddar və milyonlarla insanın ölümünə səbəbkar olduğunu bilirsiniz. Bəs Hitlerin kütləvi edam üsullarını özümü müəyyənləşdirirdi? Buyurun oxuyun...

Almanyada Nasist partiyasının nümayəndəsi olan Himmels 1929-1945-ci illər arasında Schutzstaffel'in (SS) liderliyini edib. Nasist Almaniyasında Adolf Hitlerdən sonra ikinci şəxs sayılırdı. Müharibənin bitməsindən sonra hazırda Polşa sərhətlərində yerləşən bir binada sovet ordusu tərəfindən SS-ə məxsus ağlasığmaz arxiv sənədləri tapıldı. Bu sənədlərdə edam, işgəncə, əsir düşərgələri və s.-lərlə bağlı yüzlərlə əmr mövcud idi. Himmelsin rəhbərlik etdiyi SS bütün əsir düşərgələrinə bilavasitə nəzarət edirdi. Belə ki, əsir düşərgələrində baş verən işgəncələr və edamlar bir başa olaraq Himmelsin göstərişi ilə həyata keçirilirdi.

1933-cü ildə Nasistlərin Almaniyada hakimiyyətə gəlməsi ilə bərabər Himmelsin idarə etdiyi SS buradaki polis rejimini öz tabeliyinə keçirdi. Bundan sonra Almaniyada çox güclü bir rejim yaratmağa başladı, Nasistlərin əleyhinə çıxan hər kəsi, o cümlədən yəhudi və qaraçıları müxtəlif işgəncələrlə edam etdirdi. Onun nəzarətindəki bütün polis orqanları, xüsusən də “Gestapo” (Gizli Polis Orqanı) sayəsində artıq gücü limitsiz idi. İkinci dünya müharibəsi dövründə yəhudi “ovlamaq” üçün yaratdığı “Einsatzgruppen” adlı birlikləri Polşa ilə sərhədlərə yerləşdirdi. Ən başından bəri Hitlerin ən sadiq adamlarından biri olmuş Himmelsi Hitler "der treue Heinrich"(sadiq Heinrich) deyə çağırırdı.Tam tarix bilinməsə də Hitler Himmelsə yəhudiləri öldürmək əmri verir. Lakin, Himmels göstərişdə olmayan qəddarlığa əl atır. Belə ki, böyük bir zövq ilə yəhudiləri öldürməyə başlayan Himmelsin ağlına getdikcə daha qəddar fikirlər gəlirdi. İlk qurbanlar Einsatzgruppen tərəfindən vurularaq öldürülürdü.

Amma daha təsirli bir “metod” tapılmalı idi. Bu metod yəhudi ölümlərini sürətləndirməli və əsgərlərin psixoloji vəziyyətini pozmamalı idi. Qərar Polşadakı bütün qaz otaqlarında Zyklon-B adlı zəhərli bir maddə istifadə edilməsi yönündə idi. Bu “tapıntı”sı sayəsində Himmels 6 milyondan çox yəhudinin ölümündə bir başa olaraq baş rol ifaçısı rolunu oynadı.

Müharibə bitdikdən sonra qaçmağa çalışarkən ingilislər tərəfindən ələ keçirilən Himmels sorğu zamanı ağzında gizlətdiyi sionid kapsulu dişlədi və 12 dəqiqə içində öldü. Bu siyanur kapsulları bütün SS zabitlərinin dişlərinin arasına yerləşdirilmişdi. Himmlerin son sözləri "Ich bin Heinrich Himmler!" (Mən Heinrich Himmler!) oldu.

Adolf Hitler birinci dünya müharibəsində olarkən yanında partlayan bir minadan sonra sağ qalmışdı. Lakin, yanındakı bütün cəbhə yoldaşları həyatlarını itirmişdi. Hakimiyyətindən əvvəl və hakimiyyəti dövründə ona qarşı edilən yüzlərlə suiqəsddən sonra ölümsüz olduğuna inanırdı.Birinci dünya müharibəsində yaralanaraq əsir düşmüşdü lakin, bir ingilis əsgəri ona rəhm edərək onun həyatını qurtarmışdı.

Onun ilk sevdiyi qadın bir yəhudi idi və o heç zaman ona sevgisini etiraf edə bilməmişdi. Bu barədə yalnız sonralar yazdığı kitabında və qeydlərində məlumat verib. Bundan əlavə bir neçə mənbədə onun bir yəhudi qadınla ailə həyatı qurmaq istədiyini, lakin qızın atasının bu münasibətə qarşı çıxdığı da bildirilir.

Adolf Hitlerin uşaqlıq xəyalı rəssam olmaq idi. Lakin, bir neçə dəfə getdiyi qabiliyyət imtahanlarından bacarığının olmadığı səbəbi ilə kəsilmişdi. Sırf bu üzdən atası ilə daima münaqişə yaşayırdı. Çünki, atası bir məmur idi və oğlunun da özü kimi məmur olmağını istəyirdi.

Yəhudilərə olan nifrəti onun bütün daxili və xarici siyasətinə təsir edirdi. O, bütün yəhudiləri qırdıqdan sonra onları qalıqlarından və dəyərli əşyalarından təşkil olunmuş "Nəsli kəsilmiş bir irqin muzeyi" adlı muzey yaratmağı xəyal edirdi.

 Siqareti qadağan edən və tütün əleyhinə deklarasiya hazırlayan ilk dövlət başçılarından biri olub. Bundan əlavə Adolf bir vegeterian idi. Heyvanlara olan sevgisi hər kəs tərəfindən bilinirdi. Heyvanları qorumaq üçün qanunların hazırlanmasında şəxsən iştirak edirdi və heyvanlara pis davranan şəxsləri ölüm cəzasına məhkum edirdi.Özünün yaratdırdığı toplama düşərgələrinə getmirdi. Çünki, bunun psixologiyasına təsir edə biləcəyini düşünürdü.

1938-ci ildə "TİME" jurnalının üz qabığında yer alan və 1939-cu ildə "Nobel sülh mükafatı" nominasiyasına namizəd göstərilən Adolf Hitlerin atası əgər 1877-ci ildə soyadını dəyişdirməsəydi Adolf Hitler deyil, Adolf Shicklgruber olacaqdı. Müharibə zamanı onunla eyni soyadda olan ekiz ögey qardaşı ingilis qoşunlarında Adolfa qarşı vuruşurdu. Səbəb isə Adolfun ögey qardaşının Liverpooldakı evini bombalaması idi.

Ən böyük müttəfiqi sayılan və müharibənin başından sonuna qədər birlikdə mübarizə apardığı İtaliya Diktatoru, Faşist Partiyasının lideri Benito Mussolini ilə eyni bir özəlliyə sahib idi. Hər ikisinin də pişik fobiyası var idi və itlərlə oynadıqları qədər pişiklərdən qorxurdular.

 Saddam Hüseyin Abdülmecid El-Tikriti

 Səddam Hüseyn, özündən əvvəlki İraq dövlət başçılarından fərqli xüsusiyyətlərə malik bir liderdi. Müasir İraq tarixində hakimiyyət olmuş bütün liderlərdən daha hirsli, daha gözü qara və daha acımasız idi. Səddam Hüseyn, insanlığa qarşı işlənmiş cinayətlər kateqoriyasına daxil olan kütləvi qətliam və soyqırım əməliyyatlarına imza atmışdır ki, bu üzərində mübahisə olmayan bir məsələdir. Səddamın sonunu gətirən proses bu qətliamlarla başlamış, daha sonra atdığı addımlar öz sonunu sürətləndirməkdən başqa bir işə yaramayıb. Bəs tək xatırladığımız bunlardımı? Davamı var əlbəttə...

 Referendumlarda 100 faiz iştirak iddiası...

Diktatorlar tez-tez seçkilərdə yüksək iştirak rəqəmləri uydururlar. İraqın beşinci prezidenti Səddam Hüseynin 2002-ci ildəki referendumunun %100 iştiraka nail olduğu iddia edilmişdi.

 Öz qanı ilə Quran yazdıran lider...

Səddam Hüseyn öz qanı ilə Quranı Kərimi Şakir Cövdət Abbas Bağdadini ölümlə təhdid edərək yazdırmışdı. İstəməyərək bu işi gördüyünü qeyd edən xəttat Şakir Cövdət Abbas Bağdadi, "Səddamın 40 şüşədən artıq qanını istifadə etdim. Həftədə bir hissə bitirirdim. Yazarkən yeməkdən kəsildim, saçlarım töküldü, gözlərim pozuldu", demişdi.

 Seçim Kampaniyası mahnısı "I will always love you"

Səddam Hüseyn 2002-ci ildəki seçkilərində kampaniya mahnısı olaraq, rekordlar kitabına adını həkk etdirmiş Whitney Hyustona məxsus olan, "I will always love you" mahnısını istifadə edib.

 Qasim əl Ali mi asıldı yoxsa Səddam Hüseyn mi?

Səddamın 13 Dekabr 2003-dəki yaxalanma səhnəsinin də uydurma olduğunu iddia edən kerkukfeneri.com adlı sayta görə, asılan adam Səddamın dublyoru Qasım əl Ali idi. Həqiqi Səddamın son 15 ildir ki, heç bir fotoşəkilinin dərc olunmadığını önə sürən Türkmən saytı, bu səbəblə Səddamın nə şəkildə yaşlandığı məsələsində də heç kəsin bir fikri olmadığını yazdı. Saytdakı xəbərdə Alman adlı tibb mütəxəssisi Doktor Dieter Buhmannın fotolar üzərində apardığı araşdırmalara da yer verilərək, Dr.Buhmann Səddamın ən az üç oxşarı olduğunu dəqiqləşdirmişdi.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0222 saniye