Dilbərim səndən savayı bir kəsim yox dünyada...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:55 23 iyul 2016 tarixində əlavə olunmuşdur

"Dilbərim,səndən savayı bir kəsim yox dünyada..."

Dilbərim,səndən savayı bir kəsim yox dünyada,
Sən ki varsan,möhnətim,dərdim,qəmim yox dünyda.
***
İstəyim sən olmusan,qəlbim sənindir hər zaman,
Sən kimi dost ,vəfadar bir həmdəmim yox dünyada.
***
Sənlə yarı bölmüşəm taleyimin qismətini,
Bəxtimin sultanı sənsən,hakimim yox dünyada.
***
Bir ilə dəyişmərəm sənlə keçən hər anımı,
Dərdimin dərmanı sənsən,təbibim yox dünyada.
***
Gülşənim,gülüstanım sənsiz solar,ey afitab,
Mövludam səntək güli- yasəmənim yox dünyada.

3.08.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0216 saniye