Dilə məndən,yara mehman gedərəm,
Verələr qətlimə fərman, gedərəm.
Sənə üz versə əgər qüssə-kədər,
Çataram dadına,son an gedərəm.
Desələr dərdinə mən çarə qılım,
Olaram dərdinə dərman,gedərəm.
Dözə bilməm səni əğyarla görüb,
Verərəm sevgimi qurban,gedərəm.
Bu qədər dərd verə,Mövlud,mənə yar,
Silə bilsəm həyatımdan,gedərəm.
10.12.2014 / Zərdabi
Mövlud Ağamməd