Dilemma
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 17:18 03 oktyabr 2016 tarixində əlavə olunmuşdur

-Xahiş edirəm, həddi aşma, Şvarts.
-Nə dedim ki.. burda nə var? Fikrimi söyləyirəm.
Vayss səbir-səbirsiz etiraz etdi:
-Burda nə var!? Sən hörmətsizlik edirsən xristianlığa. Deyirsən ki, xrsitianlıqda- kı Ata-Oğul-Müqəddəs ruh üçlüyü bizdə də var. Allah-Ana-Kişilik (Cinsi orqan). Bu tərbiyəsizlikdir. Müqəddəs şeylərə seksual don geydirirsən.
Başa düşdüm, bu oğlan söhbəti uzadacaq və səbirli olmalıyam. Məntiqi dəlilər gətirməliyəm. Bu diskussiyada duyğularımı qırağa qoymalıyam bir müddətlik.
-Xahiş edirəm, dinlə. Məsələni özün istədiyin kimi başa düşmə, necə var elə qəbul et. Burda nəsə mürəkkəb və müqəddəs bir şey yoxdur.
Sözümü kəsdi:
-Bilirəm sən ateistsən, ona görə belə danışırsan. Hörmət edirəm, amma sən də gərək mənim inancıma hörmət edəsən.
Bu adam çox səbirsizdir. Deyəsən vaxtımı çox alacaq. Əsas odur ki, onunla söhbətdən sonra vaxt itkisinə görə güzgüdəki əksimə tüpürməyim.
-Birincisi, mən ateist deyiləm. Bizdə belə düşüncə var ki, əgər islama yaxud xrsitinalığa skeptik yanaşırsansa, tənqid edirsənsə, avtomatik sən ateistsən. Belə şey yoxdur. Mən nə monoteist dinləri , nə də ateizm, aqnostizim, deizmi qəbul etmirəm. Müsəlmanlıq, xristianlıq, yəhudilik cəmiyyətin səni etiketləməsidirsə, digərləri insanın özü-özünü etiketləməsidir. Hər halda dindar dostumdansa, dinsiz dostumun olmasını istəyərdim. Heç bir etiketə ehtiyac yoxdur. İnsanam, mənəm. Bundan artığına ehtiyac yoxdur. Hər inanc və ideologiya qarşı cəbhə yaradır-Biz və Onlar. Amma insanlar bunu anlamazlar. Daim səni hansısa kateqoriyaya, inanca, ideologiyaya aid edərlər. Sənin Tanrıya inanmağın onun varlığını sübut etmir. Sadəcə, sən inanırsan. İnam sübut deyil, amma sən sübutlar gətirirsən, Quranı, İncili, Toranı açırsan ki, burda yazılıb. Heç nə və heç kim etalon deyil. Eyni zamanda sənin Tanrıya inanmamağında onun mövcud olmadığını sübut etmir. Bəlkə də var, amma sən inanmırsan. Ateistin də özünə görə arqumentləri var. Amma biz heç nə bilmirik. Həmişə neytral olmaq yaxşıdır ki, obyektiv yanaşa biləsən.
-Bəs bunun bizim məsələyə nə dəxli var? Allah-Ana-Kişilik müqəddəs üçlüyünü başa düşdük. Allah müqəddəsdir. Ana da müqəddəsdir. Bunu islam bizə öyrədib. Bəs kişiliyin bura nə dəxli var? İndi sənlə oturub burda penis söhbəti edək?
-Məsələ təkcə penis söhbəti deyil. Səni buna görə çağırmamışam bura, -yavaş yavaş hiss edirəm mətləbə keçirəm..Amma görürəm ki, Vayss dirənib öz fikrində..Anlamaq istəmir. Elə buna görə dini sevmirəm, çünki beyin və inanc ağzına kimi doludur. Gərək beyini boşaldasan ki, tər-təmiz düşünə bilsən. İnanmaq düşünməyə əngəldir. İndi durub burda Vayssın nə beynini zir-zibillərdən təmizləyə bilərəm, nə də onun səhv olduğunu sübut edə bilərəm. Teoloqlar kimi kiminsə hisslərinə yox, düşüncələrinə toxunmağı sevirəm. Bir bunu anlasa nə gözəl olardı!
Hə, bir də bunu deyim ki, Vayss islamı qəbul etmiş keçmiş xristiandır.
Mən:
-Dostum, din nəyisə anlamağa əngəldir. Din beyin üçün ürəkbulanmadır. Sən xristian olaraq qalsaydın daha yaxşı olardı, çünki iudaizm və islamla müqayisə edəndə (yalnız müqayisə edəndə) xristianlıq daha humanistdir. Bu öz yerində. Sənin inancına hörmətsizlik etmək fikrim yoxdur. Sadəcə öz inancını etalon kimi qəbul etmə, hər şeyə o aspektən yanaşma doğru deyil. Sən yalnız bir tərəfi görürsən. “Tabula rasa” adlı fəlsəfi ideya var. Mənası “təmiz lövhə” deməkdir. Azərbaycanlılar buna “ağ kağız” deyirlər. Məsələn, uşağın beyni ağ kağızdır. Bu o deməkdir ki, sənin-mənim beyin lövhəmdə doğularkən heç nə yazılmamışdı. Bu Tabula rasa-da nə Allah, nə din, nə dövlət, nə ailə, nə hərbi xidmət, nə qanunlar var idi. Heç biri yox idi və bizim beyin lövhəmizə bunların hamısını yazdılar və biz bunlara inandıq. Halbuki sənə məxsus şeylər deyillər, sonradan qazanılan şeylər kateqoriyasına daxildirlər. Sənsə bunlar uğrunda vuruşursan, çalışırsan, ölürsən. Bunları insanların çoxu müqəddəsləşdirdilər. Necə ki, Allah-Ana-Kişilik kimi…
Vayss dilləndi:
-Hə, bu üçlükdən danışsan yaxşı olar, çox uzandı söhbət sıxılıram. Vaxtım da azdır.
Mən dedim:
-Bu danışdıqlarım üçlüyə keçid idi. Yaxşı, əsas mətləbə keçək. Allah haqda çox danışmayacam. Əslində mənimçün müqəddəs varlıq deyil. Müsəlmanlar tanrıya Allah deyirlər. Yəni onlar Freud və Nietzsche-ni oxusalar, görəcəklər ki, Allah müqəddəs varlıq-zad deyil. Hətta onun varlığına şübhə də edə bilərlər. İnsanın tanrıya ehtiyacı var idi və onu yaratdı. Qısacası, Allah bizimlə mənəvi bağılılığı olan görünməz məxluqdur. Önəmli bir fiqur ola bilər, amma müqəddəs deyil.
-Birincisi, o sənin üçün elədir, Şvarts –Vayss etiraz etdi. – Mən Allahı, Ananı müqəddəs varlıq hesab edirəm.
Şvarts olaraq cavab verdim ki:
-Sənin belə hesab etməyin, bro, onun həqiqətən müqəddəs olduğunu göstərmir. Sadəcə sənin üçün və çoxluq üçün müqəddəsdir. Çünki onlar haqda az şey bilirsən və insan da bilmədiyi şeyi tez təsirə düşüb müqəddəsləşdirir. Müqəddəs adamlar, müqəddəs qanunlar, müqəddəs kitablar səni idarə etmək üçündür. Halbuki bunlarda müqəddəslik deyilən bir şey yoxdur. Beynimiz bakirdir, biz isə öz beynimizin mindfucker-ı olmalıyıq. Əsas qız s*kmək deyil, öz beynini s*kməkdir.Düşünmək öz beynini s*kməkdir. İlahiyyatçılar, dindarlar bu baxımdan çox-çox geridədirlər.
İndi Allahı qoyaq bir kənara. Ananın müqəddəsliyindən qısaca danışaq. Ana kimdir? Ən sadə cavab belə olacaq ki, tanımadığımız bir qadın bizi dünyaya gətirir, biz onu tanıyıb ana deyirik, onu müqəddəsləşdiririk. Sırf səni dünyaya gətirdiyi üçün o müqəddəs sayılır sənin gözündə. Atamızla anamız öz cinsi tələbatlarını ödəməyi hesabına sən yaranmısan və buna görə nəinki onları sevirsən, hətta onları, xüsusilə ananı müqəddəsləşdirirsən. Ana çox önəmlidir, bizim gələcək həyatımızdakı qaınlarla münasibətin yaxşı ya pis olması birbaşa ondan asılıdır. Mən sadəcə ona görə müqəddəsləşdirmənin əleyhinəyəm ki, o düşünməyə “yox” deyir, kor-koranə inanmağa, sevməyə çalışır. Necə deyərlər, dini söz olan “müqəddəs” sözü mənim üçün kor itaətdir.
Vayss diqqətlə dinləyirdi. İndi bilmirdin başa düşür ya yox. Və mənə dedi:
-Yaxşı, sözünün əmmasını denən.
-Bir az səbirli ol, iki dəqiqədən bir sözümü kəsmə, xahiş edirəm.
-Yaxşı..
Davam edirəm sözümə:
-Və üçlüyün son halqası – Kişilik. Yəni müqəddəs üçlüyün son təmsilçisi kişi cinsi orqanı, - gördüm Vayss narahat olur, xoşuna gəlmir bu söz. Amma mən danışmağa davam edib dedim ki: -Bu üçüncü müqəddəs şey ilk ikisindən önəmlidir. Bu haqda uzun danışmayacam, sadəcə bir eksperimenti misal gətirəcəm. Bu bəs edər məncə.
Deməli, belə. Alimlər ekperiment aparıb yoxlamaq istəyirlər ki, görən anamızmı müqəddəsdir, həyati önəm kəsb edir, yoxsa penisimiz? Və beləliklə keçirilən təcrübədən xəbərsiz ana və oğul otağa salınır. Onların qarşısına ölüm-həyat qədər vacib seçim qoyurlar. Şərtlər belədir ki, burdan yalnız bir nəfər sağ çıxacaq. Oğula deyirlər ki, ya penisin ya anan? Penisini xilas etmək istəyirsənsə, ananı fəda etməlisən. Yox, əgər ananın yaşamağını istəyirsənsə, penisini kəsəcəyik. İkisindən birini seçməlisən. 24 saatın var. Bu eksperimentin adı “Dilemma”dır.
Hə,indi sən, Vayss, oğlanın yerində olsaydın nə edərdin?
-Heç onun yerində olmaq istəməzdim. Məncə, bu axmaq eksperimentdir, vaxtı itkisidir.
-Elə deyil, bro. Qaçma –bir az gülümsəyirəm ki, gərgin atmosferi mülayimləşdirim. – Bu eksperimentdə alimlər müəyyənləşdirmək istəyirlər bu müqəddəs üçlükdən hansı daha “müqəddəs”dir. Çox psixoloji gərginliyi olan eksperimentdir. Elə bir seçimdir ki, qərara heç cür gələ bilməzsən. Allah da onlara kömək edə bilməz seçim də..Guya nə vaxt kömək etdi ki! Təsadüflərin nəticəsi olaraq özümüz-özümüzü inandırırıq ki, Allah kömək etdi. Amm burda ana və oğula özlərindən başqa heç kim kömək edə bilməyəcək. Ya ana ölməlidir ki, oğlu sağ-salamat qalsın. Ya da oğul cinsi orqanını itirməlidir ki, anası yaşasın. Çox çətin seçimdir. Nə geri addım atmaq olur, nə irəli. Yerində durub sayırsan. Bilmirsən necə hərəkət edəsən. Çıxış yolu demək olar ki, yoxdur. İki seçimdən biri ağır və dözülməz itkidir. Adam heç həyat və ölüm arasında bu qədər tərəddüd etməz. 24 saat bitmək üzrədir, hələ də ana-oğul seçim edə bilməyiblər. Oğul başa düşür ki, penisi onun kişiliyidir, onsuz yaşamaq çox çətin olacaq. Eyni zamanda ayaqları arasındakı balaca ət parçasına görə də anasını itirmək istəmir. Belə çıxır ki, öz cinsi orqanına görə anasını qurban verdi, ölümünə çətin də olsa göz yumdu. Ana isə, anlayır ki, oğlunun bir kişi olaraq gələcək həyatı, kişiliyi təhlükədədir. Heç vaxt göz yuma bilməz ki, oğlu penissiz qalsın. Amma bununla belə burda öz həyatını itirmək də var. 24 saat tamam oldu. Otağa daxil olan naməlum şəxslər ananın başına silahı dirədilər, oğlunun isə penisini kəsmək üçün hazır dayandılar. Yenə də qərarsızlıq. Ana və oğul bir-birlərinə baxıb susurlar. Bilmirlər nə etsinlər. Artıq kulminasiya yaxınlaşıb tətik çəkiləndə və oğlanın şalvarının qabağı açılanda Ana dözməyib qışqırdı ki, məni öldürün, oğluma əl dəyməyim. Bunu eşidən oğul da qışqırdı ki, yox, anama əl dəyməyin, mənə edin nə edirsizsə. Belə çox dramatik səhnələr yaşandı. İkisindən biri sağ çıxmalı idi. Amma sonda ananın dediyi olur: ana ölümü seçir oğlunun “şey”i uğrunda. Allah öldü, ana öldü, penis sağ qaldı. Bununla da sübut olunur ki, kişilik rəmzi olan penis çox müqəddəs şeydir.
-İndi doğurdan öldürdülər?
-Yox. Elə şey olar!? Bu sadəcə eksperiment idi. Silah boş idi, oğlanı kəsən də deyildilər. O əsas məqama, kulminasiyaya çatmaq lazım idi. Və son qərar belə olur. Onsuzda Allah da kömək etmədi, yuxarıdan baxıb susdu. İndi Allahın “var-yox”unu da bilmirsən, ananın sənin kişiliyinə görə canını fəda elədi, yerdə sağ qalan isə sənin həvəslə oynadacağın “oyuncağ”ın olur.
Vayss mənə təəssüf və acıqla baxıb bunu dedi:
-Bilirsən, sən manyaksan! Həddi aşdın!–və sağollaşmadan çıxıb getdi.
Mənsə güldüm. Üzümə şeytani gülüş yapışdırdım. Görürsüz də oxucu? Bilirəm görmürsüz, oxuyursuz. Mənə deyir ki, həddi aşdın. Sadəcə Vayss anlamadı ki,mən həddləri sərhədləri sevmirəm. Heç sevmirəm. Bu azad ruha yaraşmır. Eybi yox, sonradan gec də olsa bilər ki, nəinki özü ,vaxt gələr Allahın özü də səhv çıxar.

Bu söhbətdən sonra Vayss və Şvarts ayrıldılar və bir də heç vaxt görüşmədilər. –Baba nəvəsinə nağılı danışıb bitirdi.
Nəvəyə qəribə gələn bu nağıl onun xoşuna gəlmişdi. Babasının qucağında oturub saqqalını darta-darta soruşdu ki, de, Baba, niyə onlar ayrıldılar? Vayss niyə Şvartsı tərk etdi?
Baba: Çünki Şvartsın sözləri ona toxunurdu,incidirdi.. Axı Vayssın başqa inanc və düşüncələri vardı.. O, bu inam və düşüncəylə daha rahat və xoşbəxt idi, Şvartsın sözləri isə onun narahat edirdi, inancını və düşüncələrini boşa çıxardırdı. Şvarts anladı ki, insanları incitməməlidir, onları başa düşməlidir. Onlar inanmağı düşünməkdən, dini həqiqətdən üstün tuturlar. İnsan gərək öz həqiqətləri ilə başqalarını incitməməlidir.. Buna görə Şvarts tənhalığa çəkildi və bir də heç kimlə danışmadı, onsuz da Vayss kimi insanlar dəyişmirlər…Nə qədər danışırsan danış hər kəs öz fikirdə qalır…

24 iyun 2015

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0358 saniye