Dilənirəm…
Özüm üçün dilənmirəm…
Dilənirəm insanlarçün…
Mələklərdən dilənirəm saflığı mən uşaqlara vermək üçün…
Dilənirəm mələklərdən qanadları uçmaq üçün səmalara, baxmaq üçün yuxarıdan aşağıya…
Bir insandan başqasına vermək üçün vicdan, ağıl dilənirəm…
Dilənirəm şairlərdən, yazarlardan yeni sözlər yazmaq üçün insanlardan…
Yeni sevgi dilənirəm sevənlərdən sevməyənə göstərməkçün…
Dilənirəm diləkləri uşaqlardan böyüklərə vermək üçün…
Dilənirəm həyatı mən ölənlərdən dirilərə vermək üçün…
Dilənirəm dayanmadan, yorulmadan, bu həyatda hər kəs üçün…
Dilənirəm xoşbəxtlərdən səadəti bədbəxt olan insanlar üçün…
Dilənirəm sağlamlardan sağlamlığı xəstələr üçün…
Dilənirəm cavanlardan cavanlığı qocalarçün…
Dilənirəm əməyi mən, güc, qüvvəti, tənbəllərdən menden olsun bir hediyye…
Dilənmirəm pul, mal-mülkü, vəzifəni, şöhrəti mən…
Dilənmirəm maşını mən, villanı mən, yaxtanı mən…
Kasıblarçün dilənirəm səbr, dözüm, varlılarçün dilənirəm insanlığı, əsl insan necə olur, qoy bilsinlər…