Din Fəlsəfəsi
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 11:53 01 iyun 2014 tarixində əlavə olunmuşdur

Bunu sizə açıqlamağım biraz vaxt alacaq.

 

Hər şey insanların zəif olduğu dövrlərdən, yəni butlərə, günəşə, inəyə inandığı dövrlərdən başladı. İnsanların inama ehtiyacı var idi. Amma bilmirdilər nəyə inansınlar. Bu haqda Rohanda Bernin "Sirr" kitabından bir cümləni misal gətirmək istərdim:

-Fərq etməz, yerdən bir taxta parçası götürün və ona inanmağa başlayın. Doğurdanda özünüzdə bir yaxşılıq hiss edəcəksiniz. Çünki ətrafınızda baş verən hər hansı bir hadisəni yozaraq bu taxta parçası ilə əlaqələndirəcəksiniz."

 

Tədricən vaxt keçdikdən sonra isə sizin inandığınız taxta parçasına digər insanların da etiqad etməklərini istəyəcəksiniz. Bu səbəbdən də müharibə və qırğınlar baş verməyə başlayır.

 

Təbii ki, bunu görən kənar mənbələr dünyamızın daha parlaq və rəngarən olmasını, sülh içində yaşanmasını istəyirlər. Vahid bir din yaradılır. Bir düşünürsünüz, əgər qallaktikada bizdən başqa da yaşayanlar varsa, bu o deməkdir ki, Yer üzündə bir Dövlət, bir ali konstitutsiya olmalıdır. Ancaq bu da kömək etmir. Yaradılan hər vahid din parçalanır və şaxələrə ayrılır. 

Sonra isə cənnət və cəhənnəm söhbəti ortaya düşür. Axmaq insan heç nəyi dərk etmir, yaxşını pisdən ayıra bilmir. Bu zaman ona qorxu lazım olur. Edilən hər pisı əməldən çəkinməsi üçün cəhənnəm qorxusu. 

Sözsüz insana qorxu lazımdır. Məsəlçün canımızda içdiyimiz arağın qorxusu olmasa bizim qarşımızı saxlayan olmaz. Qorxu hamıda var. Ancaq kimisi cəhənnəmdən qorxduğu üçün içmir, kimisi də öz sağlamlığını itirməsin deyə. Din də belə bir şeydir, insanı etdiyi pis əməllərindən çəkindirməsi üçün.

Düzünə qalsa İslamda Qorxu hissi daha çoxdur. 

 

İslam dini, yəni Quranın möcüzələri hələ də tam olaraq açılmamış qalır. Ancaq bəzi insanlar Quranda olan möcüzələrin əslində bizdən əvvəlki sivilizasiyalardan qalma mənbələr olduğunu bildirirlər. Məncə bu əsassız bir fərziyyədir. Çünki öz dövrünə görə oxumaq yazmaq bilməyən adam öz fantaziyası əsasında bu qədər elm olan bir kitab yaza bilməzdi. Yəni kimlərinsə tərəfindən vəhy gəlmişdir.

 

Məhəmməd peyğəmbərdən sonra isə onun davamçıları İslam dinini yaymaq əvəzinə, din adı altında ölkələri zəbt etmişlər. İnsanları dini sevdirərək qəbul etdirməkdən, onların başına qılınc dayayıb "Lailahəillallah" söylətdirirlər. Yəni əslinə qalsa məlumatsızlığımız da burdan yaranır. Çünki biz dini öz istəyimizlə yox, qılınc gücünə qəbul etmişik. Günümüzün özündə də tam inkişaf edə bilməmişik. Məsəlçün pis əməldən yayınmaq "Allahdan qorx" sözünü işlədirik. Bir düşünün normal insan niyə qorxu altında yaşamalıdır. Qorxu altında yaşayan insan sözsüz axmaqlığa məhkum olmuşdur.

 


... dəfə oxunub
Qiymət: 7/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0249 saniye