Bəs din nədir? Elvin, necə anlayırsan dini, fərqli dinə inananlar bir araya gələ bilər hansısa məqsəd üçün? Nə danışa bilərsən?
-Din siyasətdir, insanların bir araya gələ bilməməsi üçün uydurulmuş ən böyük tarixi siyasi ideologiya.
-Siyasət? Yox bu sadəcə inancla bağlı bir şeydir.
-Sənə qısaca bir şey danışım. Dini özünüdərkin növlərinə Monoteizm, Dualizm, Politeizm, Deizm, Teizm, İtsizm, Panteizm və s. aiddir. İbtidai inanclar Totemizm, Animizm, Fetişzm, Şamanizmdən ibarətdir. Dünya dinləri Buddizm və Bəhailikdir. İbrahimi dinlər İudaizm, Xristianlıq, İslamdır. Dharma dinlərinə İnduizm, Caynizm, Siqhizm, Buddizm aiddir. Ənənəvi Uzaq Şərq dinlərinə misal olaraq Daoizm, Konfutsiçilik, Sintoizm Digər dinlərdən isə Tenqriçilik, Zərdüştilik var. . .
Səncə bu qədər qrupları və altqrupları olan siyasətin təsirində olan insan dəstələri hansısa ideologiya üçün bir araya gələ bilərmi ? Yaxud siyasi baxışına görə, dəri rənginə, cinsinə, milliyətinə, tutduğu fudbol klubuna görə, insani təbəqlərə görə, maddi durumuna görə, inanclarına görə və s. bölünürlər.
-Elvin, onda fərqlilər heç vaxt bir araya gəlməyəcək ?
-Beş fərqli barmaq bir arada və nəticə yumruq kimi möhkəm birlik . . .