Dindir məni, hər dəm sənə möhtac olanın var...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:46 18 noyabr 2015 tarixində əlavə olunmuşdur

Dindir məni,hər dəm sənə möhtac olanın var,
Sızlar yada düşdükcə ürək,çün məlalın var.

Məndən sora halım,deməyə ehtiyacım yox,
Qəmdən saralb gül üzü gültək solanın var.

Qalmış gözü yollarda müdam çəkmədə hicran,
Ümmanlara sığmaz gözü yaşla dolanın var.

İllərlə düşüb ardına qaldım sənə həsrət,
Sən bilməmisən mən kimi aşiq nalanın var.

Eşq sən kimi aşiqləri etmiş necə Məcnun,
Dərdin çoxalır,Mövludu dərdə salanın var.

9.02.2015 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+31=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0263 saniye