Dinozavr Syu
İlqar Rəhimov tərəfindən "Elmi məqalə" bolməsinə 21:14 21 iyul 2014 tarixində əlavə olunmuşdur

İndiyə qədər tapılmış ən böyük Tirannozavr skeleti 1990-cı ilin avqustunda Cənubi Dakotada (ABŞ) Moris Uilyamsa məxsus rançoda tapılıb. Tirannozavrı onu tapmış arxeoloq Syu Hendriksonun şərəfinə Syu adlandırdılar. Syunun hündürlüyü 4 metr, eni 12 metr, çəkisi isə 8 tondur.

Amma Syu ölçüləri ilə yox, başına gələn hadisələrlə yaddaşlarda qaldı. Beləki, Syu Hendriksonun da daxil olduğu “Black-Hills” geoloji araşdırmalar institutunun paleontoloqlar qrupunun rəhbəri Piter Larson Syunun M.Uilyamsona məxsus ronçoda tapıldığına görə ona 5000 dollar ödəyir. Bir müddət sonra Piter Larsonun yanına FTB-nin agentləri gəlir, Syunu və ona məxsus olan bütün sənədləri müsadirə edirlər. Çünki Syunun tapıldığı torpaq dövlətə məxsus idi. Yəni Piter Larsonun Moris Uilyamsla bağladığı müqavilə qanunsuz idi. 1993-cü ildə ABŞ məhkəməsi Larsona qarşı 39 maddədən ibarət ittiham irəli sürür. Hadisələr 1997-ci ildə Syunun Sotbi auksiyonunda Çikaqo muzeyinə 8,36 milyon dollara satılması ilə başa çatır. Syu indidə həmin muzeydə saxlanmaqdadır.

Syu 2006-cı ilin dekabrında bütün dünyada məşhurlaşdı. Belə ki, həmin ildə ekranlara çıxan “Muzeydə bir gecə” filminin çəkilişləri məhz Çikaqo muzeyində baş tutub. Filmdəki canlanan dinozavr skeleti isə elə Syunun özüdür.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.031 saniye