Dinozavrların "bəxti gətirmədi"
Vəfa Teymurova tərəfindən "Elmi məqalə" bolməsinə 11:00 01 avqust 2014 tarixində əlavə olunmuşdur

Milyon illər ərzində Yerdə hökmranlıq etmiş dinozavrlar nəhəng asteroidin planetimizlə toqquşmasından sonra məhv oldular. Əldə edilmiş yeni nəticələrə əsasən, əgər həmin toqquşma başqa bir dövrdə baş versəydi, dinozavrlar hələ də Yer üzünün hakimi idilər.

Ən son tapıntılar və analitik məlumatlara əsaslanan tədqiqat sayəsində paleontoloqlar təxminən 66 milyon il əvvəl baş vermiş dinozavrların "soyqırımı" hadisəsini bərpa etməyə nail olublar.

10 km uzunluğundaki asteroidin Yerə, hal-hazırki Meksika ərazisinə düşməsindən bir neçə milyon il əvvəl planetimizdə böyük geoloji dəyişikliklər müşahidə edilirdi: vulkanik aktivlik artırdı, dünya okeanının səviyyəsi dəyişilirdi, temperaturda ani sıçrayışlar baş verirdi. Qədim kərtənkələlərin qida zənciri bu dövrdə zəifləmişdi: iqlim dəyişikliyi səbəbindən bitki ilə qidalanan dinozavrların növ müxtəlifliyi ani azalmalara məruz qalmışdı, dolayısı ilə ət yeyən yırtıcı dinozavrların da qida qaynaqları xeyli tükənməli idi. Bu səbəbdən "qatil-asteroidin" yaxınlaşma anına qədər dinozavrlar zəifləmişdi - qida qıtlığı, sağ qalmaq uğrunda davamlı mübarizələr və s. onların həqiqi mənada "əldən düşməsinə" yol açmışdı. Kosmik fəlakətin nəticəsində də milyon illər ərzində planetə hökmranlıq etmiş dinozavrlar məhvə məhkum oldular.

Asteorid toqquşması nəhəng sunami, zəlzələlər, yanğınlar və ani temperatur dəyişikliklərinə gətirib çıxardı. Qlobal qida zənciri nəhayət tənəzzül etdikdə dinozavrlar son sağ qalmaq şanslarını da itirmiş oldular. Sağ qalıb nəsli artırmış növlər isə yalnız uçmağı bacaranlar idi ki, onlar da müasir quşların meydana gəlməsinə səbəb oldular.

Paleontoloqların gəldiyi qənaətə görə, həmin asteroid Yeri cəmi bir neçə milyon il əvvəl, dinozavrların növ müxtəlifliyi baxımından zəngin olduqları dövrdə və ya bir qədər gec, yeni dinozavr növlərinin peyda olduğu dövrdə vursaydı, kosmik fəlakətin nəticələri qədim sürünənlər üçün bir o qədər ölümcül olmazdı və bir çox növlər yaşamağa davam edərdi. Beləliklə, dinozavrları Yer üzünün ən şanssız canlıları adlandırmaq olar.

tekamulaz.blogspot.com


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+18=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.024 saniye