Dişlənmiş alma möcüzəsi
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 09:35 02 noyabr 2014 tarixində əlavə olunmuşdur

Kollec binasından çıxan Lalə tələsik addımlarla yolu keçib avtobusa mindi. 19 yaşlı xameleon gözlü bu tələbə qız insanlarla çox az hallarda ünsiyyətə girirdi deyə çoxları onu asosial hesab edirdi. Amma əslində heç də belə deyildi. Sadəcə o digər qızların danışdığı mövzulardan danışmaq istəmirdi. Modadan tutmuş gələcək ərə qədər edilən söhbətlər Lalənin qanını qaraldırdı. Onun danışmaq istədikləri isə sanki bir tabu idi. Kitab, kino, tanınmış şəxsiyyətlər, tarix, mədəniyyət və s.

Metro qatarına minib telefonunu əlinə aldı. Elektron kitabxananı açıb yarımçıq qalan kitaba davam elədi. İnsanların ona zillənmiş baxışları sezsə də, fikir vermirdi. Alışmışdı bu duruma artıq. Musiqi dinləmək, sosial şəbəkələrə daxil olmaq və digərləri onluq deyildi.

Sakit addımlarını irəliyə doğru ataraq yaşadığı şəhərin inkaredilməz gözəlliklərinə məsum təbəssümünü buraxırdı. Amma çox yaxşı başa düşürdü ki, bu şəhər ikiüzlüdür. 2 il yaşamasına baxmayaraq şəhərin sirrlərini öyrənmişdi.

Əslində universitet tələbəsi olmağı planlaşdırsa da, topladığı balın azlığı onun kollec tələbəsi etdi. İlk vaxtlarda bir az üzgün idi, amma getdikcə öyrəşdi. Ailəsinin onu dəstəkləməsi qızı ruhlandırdı. Rus, ingilis dillərini mükəmməl səviyyədə olmasa da, hər halda bilirdi. Yaşadığı kiçik şəhərdən böyük şəhərə köç edərkən anası onun çantasını bol-bol toxumalarla doldurmuşdu.

Böyük şəhərdə isə xalasının yanında qalırdı. Nübar xalası dul qadın idi. Əri 5 il əvvəl avtobus qəzası nəticəsində dünyasını elə ambulansda dəyişmişdi. Nübar sonsuz idi. Ərinin sağlığında qayınanası dəfələrlə oğluna boşanmağı təklif və tələb edəndə ərinin qışqırığınından Nübarın gözləri dolub daşırdı. Amma yeganə oğlunun faciəli ölümü ilə qayınanası bambaşqa adam olmuşdu. Artıq Nübarla bir evdə qalırdı.10 ilə yaxın ailə tablosundan geriyə bir qayınanası Mətanət Ana qalmışdı. Kiçik bacısı isə başqa şəhərdə yaşamaqda idi.

Lalə əl-üzünü yuyub masa arxasına keçid edərək nuşi-can etməyə başladı. Nübar xala və Mətanət Ana qızcığazı izləyərək xəfifcə gülümsəyirdilər.

Lalə öz otağına girib yatağına sərildi. Uzaq bir xatirə canlandı gözlərinin önündə.

Məktəbin 6-7-ci sinifində oxuyarkən dişlərinə taxdırdığı breketlərdən utanırdı. Gülə bilmirdi sinifdə. Dərs danışarkən bir az darıxırdı. Müəllimlər və şagirdlər bunun səbəbini başa düşürdülər deyə nə gülürdülər, nə də onun üzünə vururdular.

Amma indi onun "mükəmməl" dişləri var.

Mətbəxə keçib bir alma götürdü. Dişləm aldı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.033 saniye