Divanə
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:36 26 may 2023 tarixində əlavə olunmuşdur

Mən bir divanəyəm ömür yolunda,

Mən bir avarəyəm həyat tinində

Gah orda veyiləm, gah da ki, burda

Bir az çölündəyəm, bir az içində

 

Nə qədər deyəcək sözüm qalsa da,

Susmuşam həyatın zümzüməsini

Yaddaşım amansız qatil olsa da,

Unudub öldürə bilmirəm səni

 

Bilmirəm, bu sükut kimə gərəksə,

Sən məni içində susub getmisən

Unutmaq bir az da öldürməksə,

Sən məni ölümə məhkum etmisən

 

İndi yalnızlığa sığınmaq əbəs

Qulağım axtarır bir yad səsini

Kimsə bu əzabı anlaya bilməz:

Tənhanın tək qala bilməməsini

 

Sən də vermə fürsət, keçib önümdən

Gözləmə qayıdım, qoy daha gedim

Axı bu həyata əzəl günündən

Tənha gəlmişəm mən, qoy tənha gedim


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0212 saniye