Könül paralanır ,könül sarsılır,
Kiməsə güvənib inanan zaman.
Bəzən elə olur,yanıb odlanır,
Arzular puç olub sarsılan zaman.
Yaman qəribədi eniş yoxuşu,
Alır bir andaca ağılı, huşu,
Gözündə əks olur biran duruşu,
Eşqin musiqisi çalınan zaman.
Gözlərim yaşardı, gözlərim doldu,
Bilmirəm getdiyim yolum nə yoldu,
Ağlım əllərində əsirdi, quldu,
Qəlbim zəbt olunub alınan zaman.
Məçnundan betəri oldum ağızda,
Eylədim sevgimi bəyan kağızda,
Mənim sözlərimi duyan o qızda,
Gözüm var burada dolanan zaman.
Deyirlər məhəbbət olur müxtəlif,
Röyada gördüm ki bir çiçək dərib,
Seymur görüşünə sevgiylə gəlib,
Dan yeri ağarıb açılan zaman.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
24.10.2016