İnanmıram bu dünyanın sözünə,
Hər tərəfim yalanlarla doludur.
Zillət içrə yaşamağı ar bilib
Ömrü yarı qalanlarla doludur.
İnsanlıqdan sən söz açma,gəlməyib,
Bəlkə,uzaq eldə yaşar,ölməyib.
Öz dərdinə dava tapa bilməyib
Səni dərdə salanlarla doludur.
Hərə bir cür baş girləyir,dolanır,
Susuz qalan dəyirmantək fırlanır.
Halal,haram bir ocaqda qalanır,
Tüstüsündən yananlarla doludur.
Rüşvət alan din-imandan danışır,
Bazar,dükan od tutuban alışır.
Oğlan qızla,qız oğlanla yarışır,
Namusunu dananlarla doludur.
Mövlud çıxıb sınağından zamanın,
Sinə gərib əzabına yamanın.
Dünya özü kölgəsində qayanın
Gültək açıb solanlarla doludur.
8.04.2014 / Zərdabi
Mövlud Ağamməd