Dönməz ki dönməz
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 16:24 15 mart 2018 tarixində əlavə olunmuşdur

Əzəl gündən bəxt qismətə düşməsə

Sonradan sorağa dəyməz ki, dəyməz.

Məhəbbət qədrini aşiq bilməsə

Məşuq sevdasını görməz ki görməz.

 

Qoşadır addımın sağı soluda

Fikir ver göydəki dolan buluda

Çiyində gedənlər dönüb qayıda

Yeganə tək budur dönməz ki dönməz.

 

İlahi varlığı qəlbdə çağlayar

Ata tək halına de kim ağlayar

Yar fəryad edər qara bağlayar

Ananın yerini verməz ki verməz.

 

Deyirəm  o vaxtkı vədələr ola,

Zamanı an ba, an  çəkələr dala,

Ömürdən yadigar bir izin qala,

İnsan köç etsədə  ölməz ki ölməz

 

 

MÜƏLLİF:SEYMUR   SÖNMƏZ PAŞAYEV

14.03.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0238 saniye