
Əzəl gündən bəxt qismətə düşməsə
 Sonradan sorağa dəyməz ki, dəyməz.
 Məhəbbət qədrini aşiq bilməsə
 Məşuq sevdasını görməz ki görməz.
 (O,gözdəki pərdə varsa əlinin beşidə qızıldan ola əsla xeyri olmaz.!Gərək insanın qabında nəsə ola.)
Qoşadır addımın sağı soluda
 Fikir ver göydəki dolan buluda
 Çiyində gedənlər dönüb qayıda
 Yeganə tək budur dönməz ki dönməz.
(Bir həqiqət budur ki hamımız ölümü dadacayıq.Gec tez. həyatın qanunlarından biri gedənlər əsla dönməz .Buna görədə bir birimizə sağ ikən anlayış göstərmək gərək.)
İlahi varlığı qəlbdə çağlayar
 Ata tək halına de kim ağlayar
 Yar fəryad edər qara bağlayar
 Ananın yerini verməz ki verməz.
(Bu dünya bir sınaq,və hər kəsin öz yeri var.Ən dəyərli varlıq ATA-ANA varlığıdır,və ən önəmlisi isə oların qeydinə qalmaqdır.Hər kəsə sağlığında qiymət vermək gərək.Ölənlər geri dönməz,və ATA ,ANA tək heç kim heç kimə can yandırmaz. Ata ana kimi heç kəs sənin qayğına qalmaz.Allahu təala ana-ataya yaxşılıq etməyi buyurur. (Nisa 36, Ən'am 151, Ənkəbut 8).ALLAH dünyadan köç edən valideyinlərə rəhmət eləsin,qalanlara can sağlığı bəxş esin. )
Deyirəm o vaxtkı vədələr ola,
 Zamanı an ba, an çəkələr dala,
 Ömürdən yadigar bir izin qala,
 İnsan köç etsədə ölməz ki ölməz.
(Sonraki Peşmançılıq fayda verməz deyiblər,nədə ki zamanı geri qaytarmaq olmaz.Dünyadan heç kim heç nə apara bilməz,Əsla.Sadəcə çalışaq Rəhmət qazanaq,Lənət yox.Onda deyərlər İGİD ÖLƏR ADI QALAR.yaxşı əməl sahibi əsla ölməz.!)
MÜƏLLİF:
Seymur Sönməz (PAŞAYEV)
