Dördlüklər....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:19 09 mart 2015 tarixində əlavə olunmuşdur

Dördlüklər....
1
Özüm də bilmirəm,nə edim,gülüm,
Mən dinə bilmirəm,ürək də susmur.
Ürəyim deyəni demir ki dilim,
Susmayan ürəksə,günahım nədir?
*****
2
Sən sakit axarlı geniş bir ümman,
Mən coşan,kükrəyən nəğməli çayam.
Sən güllü-çiçəkli gözəl gülüstan,
Mən sarı yarpaqlı xəzan,payızam.
***********
3
Gecələr yuxuda görürəm səni,
Gündüzlər fikrimsən,şirin xəyalım.
Mən necə unudum o xatirəni?
Sənsiz keçən günüm sənli misallı.
***************
4
Səni xoşbəxt görmək mənə də xoşdur,
əzəldən istəyim,arzum belədir.
Məhəbbətin yolu eniş-yoxuşdur,
Onu qət eləyən sevən ürəkdir.
*****************
5
Bircə an gözümdən qoymaram səni,
Sən mənim ömrümə nur çiləmisən.
Süzgün baxışından doymaram,məni
Məcnuna döndərib dəli etmisən.
************
6
Dedin ki,sevmirəm,ayrılaq,bir an
Danışa bilmədim gözlərim doldu.
Mən ki vəfalıyam əhdimə,inan,
Bilmirəm,sevgilim,sənə nə oldu?

Sumqayıt.1982.18.05.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0897 saniye