Dostoyevski haqqında bilmədiklərimiz
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 16:02 29 aprel 2014 tarixində əlavə olunmuşdur

Ədəbiyyat tarixçisi Lyudmila Saraşkina oxucuların F.M.Dostoyevskinin həyatı və fəaliyyəti ilə  bağlı suallarını cavablandırıb. 

Sual : Dostoyevskinin dinlə bağlı görüşlərinin unikallığı nədə idi?  Hansı əsərləri onun dini görüşlərini daha yaxşı əks etdirir?

Cavab: Dostoyevskinin dinlə bağlı spesifik görüşü onun sədaqətinin  əzablara və şübhələrinin çətinliklərinə davamlı olması idi.  Onun “Karamazov qardaşları” əsərində dini görüşləri aydın şəkildə əks etdirilib.

Sual: Mən  Dostoyevskinin xristianlıq haqqında fikrini bilmək istəyərdim.

Cavab: O, pravoslav idi və xristianlığa böyük sevgi bəsləyirdi.

Sual: Dostoyevski katolisizmlə tanış idi? Əsərlərində bəzi tənqidi fikirlər var.

Cavab:  Məcburi əmək düşərgəsində olanda Dostoyevski polşalı  katolik məhbuslarla tanış olur.  O, pravoslav məhbuslar tərəfindən təhqir olunur. Sonralar o, Roma Papası IX Pius haqqında tənqid yazdı.

Sual: Dostoyevski keşişlərin əsərlərini oxuyurdu?

Cavab: Əlbəttə, oxuyurdu, həm keşişlərin, həm də Müqəddəs Xrisostomun əsərlərini. O, əsərlərinin çoxunda onlara istinad edirdi.

Sual: Sizcə, “Gülməli adamın yuxusu” əsərində dini yoxsa humanist meyillər var?

Cavab: Dostoyevski humanizmə böyük sədaqət  göstərirdi. Ona görə də, əsərdə dini və humanist ideyalar ayrılmaz idi.

Sual:  Dostoyevski hansı yolla Raskolnikovda öz “mən”ini yaradıb”?

Cavab: Dostoyevski Raskolnikovun motiv və impulslarını anlayırdı, lakin təcrübədə heç vaxt bunlara dözümlü deyildi.

Sual: Dostoyevski əsərlərində öz təcrübəsində olanlardan ideya kimi istifadə edirdi? O ruhi xəstəlikdən əziyyət çəkirdi? Onun qanunla bağlı problemi vardı?

Cavab: Əlbəttə ki, o hər bir yazıçı kimi təcrübəsindən istifadə edirdi.  O, ruhi xəstəlikdən əziyyət çəkmirdi, ağlı başında idi.  Gəncliyində əsəb gərginliyindən əziyyət çəkirdi. Qanuna gəlincə, 1849-cu ildə  inqilabi müzakirədə iştirak edənlərin içərisində Dostoyevski də   tutulmuşdu.  Ona güllələnmə cəzası verilmişdi. Cəza 4 illik  məcburi əməklə və 6 illik  hərbi xidmətlə  əvəz edildi.  O, 1859-cu ildə azad olundu.

Sual: Onun epilepsiyalı olmasının səbəbi nə idi?

Cavab: Məcburi əmək düşərgəsi və Omskdakı məhbus həyatı(1850-54)

Sual: Onu gənc olanda ruhlandıran kim idi?

Cavab: O, Karamzin, Puşkin, Şekspir Şiller və Götenin əsərlərindən ruhlanırdı.

Sual: Puşkin və Jorj  Sanddan başqa, (Dostoyevski Jorj Sandın ölümündən sonra ona əsər həsr etmişdi) hansı yazıçı və mütəfəkkirlər Dostoyevskini ruhlandırıb və yaradıcılığına təsir edib?

Cavab: Şekspir, Şiller, Balzak, Göte, Hofman, Hüqo.

Sual: Dostoyevski psixologiyanı öyrənib?

Cavab: O heç vaxt rəsmi şəkildə öyrənməyib, daxilən psixologiyanı başa düşüb.

Sual: Həyatının hansı anları yaradıcılığına təsir edib?

Cavab: Uşaqlığı, inqilabi  Petraşevski  mühiti və məcburi əmək düşərgəsi

Sual: Dostoyevski qumarbazlıq adətindən əl çəkib yoxsa ömrünün sonuna kimi oynayıb?

Cavab: O bunu tərgidib.  1871-ci ildə “Cinlər” əsəri  üzərində işləyərkən sonuncu dəfə oynayıb. Onun qumarbazlığı 10 il davam edib.

Sual: Dostoyevski həyat yoldaşını sevib?

Cavab: O, iki dəfə evli olub. Birinci arvadı vərəmdən  ölüb. İkinci arvadı ilə 14 il yaşayıb, onu çox sevib.

Sual: “Karamazov qardaşları” əsərində Zosimanı prototip kimi yaradıb, yoxsa yazıçının təxəyyülünün məhsuludur?

Cavab: O, ümumiləşdirilmiş obraz yaradıb.

Sual: Dostoyevskin yaradıcılığı ilə tanış olmaq üçün  hansı əsərlər yaxşıdır?

Cavab: “Kasıblar”dan başlayıb davam etmək yaxşıdır.

Sual: Rusiyada Dostoyevskinin ən çox oxunan əsəri hansıdır?

Cavab: Statistikaya əsasən, “Cinayət və Cəza”, “İdiot”, “Cinlər”

Sual: Dostoyevskinin əsərlərinə  senzura tətbiq edilib?

Cavab:  “Cinlər”  əsərində “Tixonda” fəsli çıxarılıb.  Sonralar bu fəsil çap edilib.

Sual: “Netoçka Nezvanovna” əsərininin sonu barədə Dostoyevskinin hansı ideyası olub?

Cavab: Belə bir hipotez var ki, əsərin sonunda Netoçka müğənni və aktrisa olur, lakin bunu sübut edən dəlil yoxdur.

Sual: Dostoyevski “Şeytanlar” əsərində bizə nə demək istəyib?

Cavab: O inqilabı meyillərin təhlükəli olduğunu  demək istəyib və cəmiyyəti bu təhlükələrdən xəbərdar etmək istəyib.

Sual: Mən eşitmişəm ki, yazıçı “Karamazov qardaşları”nın ardını yazmaq istəyib, amma yazmayıb.  Bu haqda məlumat varmı?

Cavab:  Belə söhbər var ki, Alyoşa Karamazov çar qatılı ola bilərdi, o inqilabi hərəkata qoşula bilərdi. Lakin yazıçı bu barədə heç bir sübut yazıb qoymayıb, müasirləri deyir ki, yazıçının belə planı olub və bunları əsərə daxil olan ideyalar kimi qəbul etmək olar.

Sual: “Yer altından qeydlər” əsərində  yazıçı “ təbiətin və həqiqətin adamı” deyərkən nəyi nəzərdə tutub?

Cavab: Bunun mənası odur ki, əsl insanın həqiqəti dərk etmək hissi var.

Sual: Məncə, yazıçının əsas ideyaları xarakterlərin  monoloqlarından çox dialoqlarında əks olunub. Yazıçı bunu əvvəlcədən planlaşdırıb?

Cavab:  Bəli, Dostoyevski inanırdı ki,  xarakterlər dialoqlarında daha təsirli olur.

Sual: Dostoyevskinin əsərləri niyə oxunmalıdır?

Cavab: Çünki Dostoyevski  yaradıcılığı öyrənmə və özünü kəşf etmənin məktəbidir.

 

İngiliscədən Tərcümə: Leyla Məhərrəmova

Mənbə: BakuMoz

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+30=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0348 saniye