Dostum ad günün mübarək
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 23:01 12 fevral 2016 tarixində əlavə olunmuşdur

Üzündə təbəssüm hər zaman olsun,
Ürəyin sevinclə fərəhlə dolsun.
Fərəhlə deyirəm mən bu kəlməni,
Dostum, ad günün mübarək olsun.

Təhsildə hər zaman uca olasan,
İşində silinməz izlər qoyasan.
Sevdiyin insanla yaşa dolasan,
Dostum, ad günün mübarək olsun.

Sədaqət ən yaxin sirdaşın olsun,
Qəm-kədər utancdan pərişan olsun.
Məhəbbət üstündə yorğanın olsun,
Dostum, ad günün mübarək olsun.

Ayriliq acısın çəkməyəsən sən,
Tənhalıq duyğusun hissetməyəsən.
Səninlə hər yerdə addımlaram mən,
Dostum,ad günün mübarək olsun.

İstərəm her şeyi alım səninçün,
Alım şücayəti,alım səninçün.
Dostlarım mərdliyim,dostlarım gücüm,
Dostum,ad günün mübarək olsun.

Yaxşıki doğuldun,yaxşıki varsan,
Sən ayrı həyat,ayrı dünyasan.
Ürəkdə çirpınan mətin vuqarsan,
Dostum,ad günün mübarək olsun.

Şair dostunun hədiyyəsi budur,
Onunçün dərman,səninçün sudur.
Deyəcəm sagliği badələr doldur,
Dostum,ad günün mübarek olsun.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0416 saniye