Dövran belə gəlmiş,demə insandı günahkar,
Olmuş selə qərq gözləri,leysandı günahkar.
***
Dəryalara sığmaz günahın sahibi olduq,
Qəvvas üzə bilmir,demə ümmandı günahkar.
***
Hər dəm gözü yollarda qalıb,səbri-qərar yox,
Karvan gecikir ünvana, sarvandı günahkar.
***
Dönmüş suya həsrət gülə,solmaqda yanaqlar,
Yaxmış oda canın,demə canandı günahkar.
***
Neylər bu könül həmdəmi,çəkməkdə nihan qəm,
Çıxmaz üzə,Mövlud,yenə pünhandı günahkar.
10.03.2014.Zərdabi.Mövlud Ağamməd.