Döymə məni, məni döymə
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 22:51 27 aprel 2014 tarixində əlavə olunmuşdur
Cəmiyyətin insan həyatına olan təsiri danılmaz faktdır. Və çox heyif ki bu tərislər çox vaxt mənfi olur. Hal-hazırda söhbət nə mentalitetdən, nə dindən getmir. Söhbət sırf insanın insana (insan deməyə dilim gəlmir olsun adam) münasibətindən gedir. Dünyaya göz açtığımız andan bizim ünsiyyətə ehtiyacımız olur, hətta bu ünsiyyətin bizim ziyanımıza olduğunu bilməyimizə baxmayaraq. Bilmirəm bəlkə də marjinal ifadəsin haradasa eşitmisiz. Bu insanlar cəmiyyətdən uzaq düşmüş, öz dünyaları olan insanlardır. Marjinal insanlar cəmiyyətdən boş-boşuna ayrı düşmür. Onları cəmiyyətdən uzaqlaşdıran bizik. Biz onları min bir yola sadəcə belə istəyirik deyə özümüzdən və cəmiyyətdən uzaqlaşdırırıq. Qəribədir, niyə axı, hansı səbəblərdən? Axı onlar bizə nə edir? Niyə biz onların günahı olmadan sadəcə onların bizə bənzəməməyinə görə (çox vaxt bizə elə gəlir ki onlar bizə bənzəmir) özümüzdən uzaqlaşdırırıq? İlk növbədə ailədə baş verir bu yadşaldırılma. Narkotik və ya içki təsirindən və ya sadəcə özünün psixoloji problemləri olan valideynlər öz övladlarına mənəvi və fiziki təsir göstərməyə başlayır. Ən kiçik səhvlərinə görə söyüb, təpik altına salaraq o ki var döyərək alçaldılan övladlar belə vəziyyətdə valideyninə əl qaldıra bilmədən böyüyür. Böyüyür və böyük cəmiyyətə addım atır. Məktəbdə məktəb yoldaşları və sinif yoldaşları tərəfindən günhların kimin üzərinə tökmək istəyən uşaqlar tərəfindən döyülür. Əllirəi ilə üzlərini bədənlərinə tutaraq məni döymə, döymə məni deyir. Amma sözlərinə heç kim əhəmiyyət vermir. Müəllimlərin və digərlərinin "mənim övladım deyil, mənə" deyərək keçməsi, biganəlik göstərməsi döyənlərə daha da qüvvət verir. Əslində döyülmə hadisələri əsasən məktəbdə baş verir. Daxilən qorxaq böyüyüən bu uşaq böyüyüəndə hər kəsdən çekinən, heç kimə inanamayan biri kimi böyüyür. Çünki cəmiyyətdəki insanlar artıq onun əzmini qırıblar, artıq inam ölüb, ümüdlərsə yoxdur. Bu şəxsin daxilində cəmiyyətə, insanlara qarşı nifrət artır. Hər gün döyülən, söyülən bir insandan bundan artığın gözləmək axmaqlıq olardı. Bəli, bu insan böyüyür işləməyə başlayır və ya o, oğurluq, zorlanma, qətl və ya digər qanun pozuntularına görə həbsə düşür və qatı cinayətkara çevrilir. Marjinal insanların axırıhəmişə pis bitir. Fərqi yoxdur, həbsxanaya düşsə də düşməsə də. Sakit, səssiz görünən insanın içində qəzəb, kin, hirs aşıb-daşır. Bütün bu hisslər gec vəya tez üzə çıxır. O qatilə çevrilir. Manyak adlandırdığımız qatilə. O, öldürür və bu yolla cəmiyyətdən intiqam alır. Hər qətl onu daha da qüvvətləndirir. Hər dəfə öldürərkən döyüldüyü günləri yada salır. Bədəninə vurulan zərbələrdən yerə çöküb, məni döymə, döymə məni, mənim heç bir günahım yoxdur, mən heçmnə etməmişəm dedi sözlər yadına düşür və o, günahsız olanları öldürür. Gec-tez bu qatil tutulur. Ancaq tutulmağının bir faydası olmur. Artıq ölmüş bir insanı öldürmək mümkün deyil. Beyindəsə yalnız bir səs səslənir: döymə məni, məni döymə    

... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0252 saniye