Hindlilər, Yaponlar, Amerikanlar və Afrikadakı bəzi qəbilələr döyməni bəzək olaraq etsələr də, bir çox yerlərdə döymə xəstəliklərə və pis ruhlara qarşı qoruyucu bir tilsim olaraq tətbiq edilir.
Döymə bəzən fərdi cəmiyyətdəki mövqeyini də ifadə edir. Tatu etmə ənənəsi xeyli köhnədir. Eradan əvvəl 2000-ci illərdə Qədim Misirdə, Qalliyalılarda,Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada döymə barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcbur edilirdi. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürmüşdülər.
Aradan əsrlər keçdikdən sonra avropalılar döyməyi unutdular. 18-ci əsr sonlarında denizaşırı gəzintilərdə Amerikan yerlilərinə və Polinezyalılarda döymə ilə yenidən qarşılaşdılar. Avropa dilləri, döymə qarşılığı olan tattoo sözcüyünü Tahiti dilindəki tautau sözündən almışdır. Tatu 20. əsrin başlarından sonra, xüsusilə dənizçilər arasında məşhurluq qazandı.
Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə edildi və indiki vaxtda da istifadə edilməkdədir. Amma gigiyenaya əhəmiyyət verilmədiyi və AIDS kimi bəzi xəstəlikləri bulaşdırdığı səbəbiylə döymə etməyə qanuni məhdudiyyətlər gətirilməsi üçün işlər aparılır. Döymənin müxtəlif edilmə üsulları vardır.
Döymə növünün birində iti uclu sümükdən istifadə edilir. Belə ki, sümük dəriyə batırılır və açılan dəliklər boya ilə doldurulur. Hətta bu açılan dəliklərdən ip keçirərək də döymə etmək olar. Modern üsullarla edilən döymə isə bu növ döymələrə nisbətən daha ağrısızdır və sağlamlığa zərəri daha azdır. Günümüzdə döymədə istifadə olunan maşınlar sayəsində döymə dəri üzərində qələmlə şəkil çəkirmiş kimi asan və daha dəqiqdir. Müəyyən yaş dövründə hər birimizin döymə ilə bağlı arzusu olur, amma döymə haqqında hər birimiz kifayət qədər bilmirik. Döymə etdirən bir çox insan, tələsik və ya düşünmədən etdirdikləri döyməyə peşman olur.
Bu tip vəziyyətlərdə pis edilmiş ya da istənilməyən döymədən xilas olmaq üçün bir neçə tip üsul var. Məsələr Cover up vasitəsilə. Bu döymə sildirmə və ya döymənin başqa bir döyməylə örtülməsi əməliyyatınəticəsində döymə edilən bölgədə deformasiya meydana gələ bilər, lakin rəngli döymələrdə təhlükə daha azdır. Belə hallarla rastlaşmaqdan çəkinənlər, müvəqqəti döymə üsuluna əl atırlar.
Müvəqqəti döymə hind xınası və bir neçə kimyəvi maddənin qarışığıyla edilir, bədəndə qalma müddəti təxminən 1 həftə ilə 10 gün arasındadır. Bu cür döymə rəng tonunu saxlamır və tədricən silinir. Sadə bir əməliyyatdır, lakin istifadə ediləcək vəsaitin doğru seçilməsi vacibdir.Çünki allergik reaksiya nəticəsində dərin, yanığa bənzər, qalıcı yaralara səbəb ola bilər. Bunagörə də ən mükəmməl seçim ömürlük və qəti qərar verilmiş döymədir.