Döz ki,sənə səbrü-qərar əta edib yaradan
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:43 14 aprel 2016 tarixində əlavə olunmuşdur

Döz ki,sənə səbrü-qərar əta edib yaradan,
Möhnətinə,zillətinə tab edəsən,dözəsən.
***
Həm də verib cism ilə can,kövni-məkan ruhuna,
Nəbadə sən qəzasından,qədərindən bezəsən.
***
Söz ki.sənə verilməyib,yerli-yersiz dinməgil,
Qiymətini,qədrini bil.dəyərin ver sözə sən.
***
Göz ki,sənə ərməğandır həqiqəti görməyə, 
Haqqı görən gözə inan,kül üfürmə gözə sən.
***
Köz ki,ondan törənəcək sonda alov,sonra kül,
Həm də küldən od törənər,baxma,Mövlud,közə sən.

21.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0713 saniye