Dözə bilmirəm, dədə!
Fariz Süleymanoğlu tərəfindən "Şeir" bolməsinə 00:27 30 iyul 2015 tarixində əlavə olunmuşdur

Dünyaya bax, min çəpərli, min sədli,

Torpaq sədli, millət sədli, din sədli.

Gör nə üçün tikilibdi çin səddi...

Biz insanlar özümüzçün bir hədə,

Dözə bilmirəm, Dədə!

 

Bu həyat bir mübarizə meydanı,

Hey qırdırır bir-birinə insanı,

İçimizdən qovammırıq şeytanı,

Hayqırsaq da məsciddə, ya kilsədə,

Dözə bilmirəm, Dədə!

 

Ömür ötür doğan danlar içində,

Zərrə-zərrə itir anlar içində,

Daşa dönmüş bu vicdanlar içində,

Qəlb şüşəmi çilikləyir hər zədə,

Dözə bilmirəm, Dədə!

 

Çox gördük həyatda düzü dəyərsiz.

Mənliyi dəyərsiz, üzü dəyərsiz,

Pulu, arxası bol, özü dəyərsiz,

Görəndə ki, lovğalanır bir gədə,

Dözə bilmirəm, Dədə!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0362 saniye