Dözmədim Məcnun dözən dərdə,pərişan olmuşam...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:17 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

DÖZMƏDİM MƏCNUN DÖZƏN DƏRDƏ PƏRİŞAN OLMUŞAM....

Dözmədim Məcnun dözən dərdə,pərişan olmuşam.
Ötmədim,yan keçmədim,ondan nigaran olmuşam.
****
Yazdı surəti-halın hatif mənim qismət payım,
Həsrətin çəkdim yarın,aşiq qəriban olmuşam.
****
Ol gülü-rənaya saldım meylimi,düşdüm oda,
Ay kimi şölə saçan hüsni-zərəfşan olmuşam.
***
Çox dualar etmişəm kim qismətim olsun mənim,
Həsrətindən ağlaram, dideyi-giryan olmuşam.
***
Dilbərim,sən Mövludun razini etmə aşikar,
Son qoyaq biz hicrana,əlbət,peşiman olmuşam.

4.09.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+20=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.067 saniye