Dözümünə heyran qaldım
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:24 18 dekabr 2019 tarixində əlavə olunmuşdur

DÖZÜMÜMƏ HEYRAN QALDIM...
Mövlud Ağamməd
"...Amma mən hələ də sağam. Dözümümə heyran qaldım..."
(Şölə Səfərəliyeva)

Dözümümə heyran qaldım,
Mən yenə də sağam, Allah.
Bu dərd mənim, o dərd sənin,
Dağ içində dağam, Allah.
***
İtirdiyim olanlara,
Sağkən ölüb qalanlara,
Məni yada salanlara
Hələ üzü ağam, Allah.
***
Didərginlik alın yazım,
Kaş çəkəydi anam nazım.
Çən-dumanda yolum azıb
Torpağıma yağam, Allah.
***
Dərd yaşadır dərd çəkəni
İtirməyim bir kimsəni.
Bu dünyadan apar məni,
Bağrı Qarabağam, Allah.

Mövlud Ağàmməd.26.11.2019. Zərdabi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.038 saniye